Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1288
01.06.2020, 15:07
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni böyük məhəbbətlə sevən həyat yoldaşı, polyak əsilli Vanda (Leyla) Rəsulzadənin Ankaradakı qonşuları, ailə dostları HafizTimes-a danışıblar.
Bülent Danışoğlu – İqtisadçı. Uzun illər Dövlət Planlama İdarəsində çalışıb. Hazırda təqaüdə çıxıb. İnternet qəzetində iqtisadi mövzuda məqalələri yayımlanır. Ankarada yaşayır.
-Niyə illər sonra məhz Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı polyak əsilli Leyla xanım (Vanda) haqqında məqalə yazmaq qərarına gəldiniz? Bu bir sifariş idi? (2004-cü ildə)
-Leyla xanım çox diqqət çəkən bir insandı, qəribə hadisələr yaşamışdı. Onunla həmişə söhbət edərdik. Mən o vaxtlar çox gənc idim. Leyla xanımla danışdıqlarımızı bir dəftərə qeyd edərdim. Düşünürdüm ki, gələcəkdə bu mövzuda gözəl bir roman yazım. Amma çox təəssüflər olsun ki, qeydlərimin olmasına baxmayaraq roman yaza bilmədim.
Mən isə belə düşünürdüm ki, yəqin günəş görməyən evdə yaşadığı üçün bizə gələndə günəşlənir. İllər sonra Avropaya getdiyim zaman gördüm ki, həqiqətən də Qərb insanları günəş gördükləri zaman günəşin altında dururlar. Leyla xanım da bizim evin balkonunda günəş şüalarının altında uzanardı.
Leyla xanımın evində yalnız bir sandıq vardı. İçərisi dolu idi. Amma dəqiq nələr olduğunu bilmirdim. Yəqin ki, hamısı sənəd və şəkillər idi. Anam Maral hazırda yaşayır. 93 yaşı var. Anamla Leyla xanım çox yaxın rəfiqə idilər. Amma Leyla xanım anamdan da çox yaşlı idi. Leyla xanım bir gün anamın yanında həmin sandığı açıb və gənclik illərinin şəkillərini ona göstərib. Anam deyir ki, Leyla gənclik illərində də çox gözəl bir qadın olub. Leyla xanım vəfat etdiyi zaman gəlib o sandığı, evdə olan bütün sənədləri, rəsimləri götürüblər. Bilmirəm ki, onların aqibəti necə oldu. Guya ki, indi heç kəsdə yoxdur.
Video: Birbax kanalına məxsusdur
09:48 / 11 May 2026
1
09:45 / 11 May 2026
19
00:40 / 11 May 2026
321
00:29 / 11 May 2026
203
00:17 / 11 May 2026
361
23:54 / 10 May 2026
355
23:46 / 10 May 2026
351
22:48 / 10 May 2026
100
22:27 / 10 May 2026
109
22:27 / 10 May 2026
115
22:12 / 10 May 2026
116
21:24 / 10 May 2026
427
21:21 / 10 May 2026
119
21:17 / 10 May 2026
116
21:09 / 10 May 2026
113
21:01 / 10 May 2026
336
20:36 / 10 May 2026
99
20:00 / 10 May 2026
112
19:36 / 10 May 2026
118
18:54 / 10 May 2026
414
18:31 / 10 May 2026
124
17:59 / 10 May 2026
213
17:51 / 10 May 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.