Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
7251
31.03.2020, 00:40
Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlər seçilmiş fəaliyyət sahələri üzrə iki qrupa - tam zərər çəkən, qismən zərər çəkən sahələr üzrə ayrılacaq”.
Oxu24.com qaynarinfo-ya istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlərdən danışarkən deyib.
Ekspertin sözlərinə görə, əməkhaqqına subsidiya iki əmsal üzrə tətbiq ediləcək və tam zərər çəkən sahələrdə 1, qismən zərər çəkən sahələrdə isə 0.7 olacaq.
"Əgər vətəndaş ikinci kateqoriyaya daxil olan fəaliyyət sahəsində çalışır və 700 manat maaş alırsa, bu zaman 700 manata 0.7 əmsal tətbiq ediləcək və ona 490 manat ödəniləcək".
Ekspert bildirib ki, kompensasiyanın maksimum həcmi 712 manatdan (2020-ci ilin yanvar ayı üçün orta aylıq əməkhaqqı məbləği) artıq olmayacaq.
Həmçinin oxuyun
Kompensasiyanın nə qədər vətəndaşa veriləcəyi haqqında danışan Rəşad Həsənov qeyd edib ki, bu, təxminən 304 min muzdlu çalışana aid ediləcək.
"İctimai iaşə, xidmət və turizm sahələrində muzdla çalışanlar üçün 712 manatdan artıq olmamaq şərti ilə 100 faiz kompensasiya almaq imkanı yaradılır".
Rəşad Həsənov dəstək paketlərinin hazırlanması və tətbiqi ilə bağlı çox gecikmə olduğunu qeyd edib.
Xatırladaq ki, ölkədə koronavirus təhlükəsi ilə bağlı olaraq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
13:55 / 02 May 2026
10
11:43 / 02 May 2026
88
11:42 / 02 May 2026
75
11:40 / 02 May 2026
56
10:03 / 02 May 2026
60
00:45 / 02 May 2026
307
23:50 / 01 May 2026
409
23:39 / 01 May 2026
362
23:29 / 01 May 2026
325
23:21 / 01 May 2026
263
22:53 / 01 May 2026
266
22:36 / 01 May 2026
319
22:25 / 01 May 2026
751
22:20 / 01 May 2026
391
22:11 / 01 May 2026
996
21:59 / 01 May 2026
303
21:57 / 01 May 2026
137
21:48 / 01 May 2026
215
21:44 / 01 May 2026
126
21:40 / 01 May 2026
136
21:35 / 01 May 2026
127
21:33 / 01 May 2026
149
21:30 / 01 May 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.