Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
5743
18.02.2025, 16:52
Parisdə keçirilən sammitdə Avropa liderləri arasında kəskin fikir ayrılıqları yaşanıb. Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Ukraynaya qoşun göndərmək barədə razılığa gələ bilməyiblər. Belə ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz hərbi kontingentini Ukraynaya göndərmək istəmədiyini bildirib. Böyük Britaniya isə qoşunların göndərilməsini dəstəkləyib. Fransaya gəlincə, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli kənarda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını ön plana çıxarıb.
Aİ ölkələrinin bu məsələdə ortaq məxrəcə gələ bilməyəcəyi aydın idi. Çünki ittifaq daxilində ciddi fikir ayrılıqları var və son zamanlar qütbləşmə vəziyyətinə gəlib. Əsas qütbləşmə Fransa və Macarıstan arasındadır. Paris əvvəldən Rusiya-Ukrayna müharibəsinin davam etməsini müdafiə etdiyi halda Macarıstan savaşın bitməsi yönündə danışıqlar variantını təklif edirdi. Hətta Viktor Orbanın Rusiyaya səfər etməsi, Kiyev və Moskva ilə ayrı-ayrılıqda danışmasına görə Aİ-dən sərt mesajlar gəlmişdi.
Təsadüfi deyil ki, Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən sammitinə dəvət edilməyib. Diqqətçəkən məqam isə bu ölkələrin Macarıstanla eyni düşüncədə olmasıdır. Onu da deyim ki, Fransa Prezidenti Emmanuel Makronun Parisdə çağırdığı fövqəladə toplantıya Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa liderləri, eləcə də Avropa Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO Baş katibi Mark Rutte qatılmışdı.
Almaniya, İtaliya, Polşa və İspaniyanın öz hərbi kontingentini Ukraynaya göndərmək istəməməsi başadüşüləndir. Xüsusilə Almaniya sənayesinin enerjiyə ehtiyacı var və müharibənin bitməsini ən çox Berlin arzulayır. Almaniya sülhdən sonra Rusiyadan qaz alışının əvvəlki kimi olmasını istəyir. Polşaya gəldikdə isə Varşava müharibəyə ən yaxın ölkədir. Ukraynaya ən çox yardım edən ölkə də Polşadır. Lakin Varşava ilə Kiyev arasında narazılıqlar var. Bununla belə Polşa müharibənin öz ərazisinə keçməsini istəmir.
Ümumilikdə Parisin təklifini daha məqbul saymaq olar. Belə ki, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli aralıda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını dəstəkləyib. Aydın məsələdir ki, Rusiya ilə Ukrayna arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin atəşkəs sazişi imzalana bilər. Bu halda iki ölkənin sərhədində beynəlxalq missiyanın yerləşdirilməsi qaçılmaz olacaq.
Müəllif: Politoloq Turan Rzayev
14:57 / 05 Noyabr 2026
62
14:50 / 05 Noyabr 2026
64
14:48 / 05 Noyabr 2026
68
14:44 / 05 Noyabr 2026
59
14:41 / 05 Noyabr 2026
77
14:36 / 05 Noyabr 2026
70
14:25 / 05 Noyabr 2026
93
14:24 / 05 Noyabr 2026
92
14:18 / 05 Noyabr 2026
210
14:08 / 05 Noyabr 2026
126
14:01 / 05 Noyabr 2026
94
13:48 / 05 Noyabr 2026
990
13:41 / 05 Noyabr 2026
103
13:20 / 05 Noyabr 2026
153
13:12 / 05 Noyabr 2026
165
13:02 / 05 Noyabr 2026
368
13:00 / 05 Noyabr 2026
193
12:56 / 05 Noyabr 2026
177
12:51 / 05 Noyabr 2026
128
12:41 / 05 Noyabr 2026
429
12:40 / 05 Noyabr 2026
132
12:39 / 05 Noyabr 2026
114
12:36 / 05 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.