Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2684
04.02.2025, 13:50
Bakının Səbail rayonunda bağlanan poçt şöbəsi qalmaqala səbəb olub.
Bu barədə Oxu24.com-a ərazidə yaşayan sakinlər məlumat verib.
Məlumata görə,Səbail rayonu,20-ci sahə adlanan ərazidə ,Salyan yolu 10/23 ünvanında yerləşən 23 saylı poçt şöbəsinin qeyri-müəyyən səbəbdən bağlanması narazılıq yaradıb.
Uzun müddətdir ki, sözügedən poçt şöbəsi həmin ünvanda fəaliyyət göstərib. Ərazidə əhalinin sıx məskunlaşmasını nəzərə alsaq, poçt şöbəsinin bağlanması həqiqətən də o ərazidə yaşayan sakinlərin çətinlik çəkməsinə səbəb olacaq.
Poçt şöbəsinin üzərində müvəqqəti təmirə bağlanır lövhəsi asılsa da, orada heç bir təmir işləri görülmür. Sakinlər isə başqa söz deyir.

Vətəndaş Ellada Bayramovanın sözlərinə görə,sözügedən poçt şöbəsi burada 50 ildən artıqdır ki, fəaliyyət göstərir.
“Burada əhali sıx məskunlaşıb.Hər kəs də bu poçt şöbəsindən istifadə edir. 1 aydan artıqdır ki, buranı təmir adı ilə bağlayıblar. Deyirlər ki, guya bina qəzalı vəziyyətdədir.Bina qəzalı vəziyyətdədirsə,içərisində əməkdaşlar niyə oturub? Onlar nə iş görür orada?Üstəlik,qəzalı vəziyyətdə olan binanın üstündə uşaq bağçası ,yanında uşaq dərnəyi olarmı? Hazırda həmin uşaq bağçası və dərnək işlək vəziyyətdədir.”,- deyə sakin bildirib.
Yerli sakinlərdən aldığımız məlumata görə, poçt şöbəsinin bağlanmasına səbəb kimi binanın elektrik xətlərində olan problem göstərilir.
Ərazidə yaşayan vətəndaşlar onlara xidmət üçün təklif olunan poçt şöbəsinin uzaqda yerləşməsini və onlar üçün əlverişsiz olduğunu bildiriblər.
“Bizi Badandarda yerləşən 4 saylı poçt şöbəsinə yönləndirirlər. Ora isə bizdən uzaqdır.Öz poçtumuz olduğu halda, niyə bu qədər məsafə qət edib,ora getməliyik?”,-deyə sakinlərdən biri əməkdaşımıza bildirib.
Oxu24.com-un əməkdaşı vətəndaşların narazılığı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanlayıb.
Şöbənin müdiri Afaq İbrahimovanın sözlərinə görə, poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.
“Nəzərinizə çatdırmaq istəyirik ki, Səbail rayonu, Salyan yolu 10/23 ünvanında fəaliyyət göstərən AZ1023 indeksli poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.
Belə ki, binada elektrik xətləri və kanalizasiya sistemi istifadəyə yararsız olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir. Məntəqədə tez-tez qısa qapanmalar müşahidə olunur, eləcə də subasmalar baş verir. Şöbədə elektrik xətlərində yaranan qısaqapanma yanğın təhlükəsi yaradır ki, bu da şöbədə xidmət göstərən əməkdaşlar üçün, eləcə də xidmət alan vətəndaşlar həyatını təhlükəyə atmaq, o cümlədən xidmət keyfiyyətinin çox ciddi şəkildə aşağı düşməsi deməkdir”,-deyə Afaq İbrahimova bildirib.
“Azərpoçt”un sözçüsü həmçinin sözügedən poçt şöbəsinin bağlanmayacağını da vurğulayıb.
“Bütün bunlar nəzərə alınaraq, məhz həmin inzibati binada poçt şöbəsinin vətəndaşlara xidmət göstərilməsi müvəqqəti dayandırılıb. Xidmətlərin icrası yaxınlıqdakı digər AZ1004 indeksli şöbəyə həvalə edilib və bu barədə məlumat əhali ilə paylaşılıb.
Şöbənin fəaliyyətinin müvəqqəti dayandırılması isə onun bağlanması demək deyil. Hazırda paralel olaraq binada cari təmirin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşların daha yaxşı şəraitdə çalışması və vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün həmin poçt şöbəsinin fəaliyyətinin digər məkanda davam etdirilməsi imkanları da tərəfimizdən araşdırılır.”,- deyə O, bildirib.
Miri Məcidli
10:07 / 26 Avqust 2026
1
09:47 / 26 Avqust 2026
26
09:36 / 26 Avqust 2026
32
09:28 / 26 Avqust 2026
50
09:14 / 26 Avqust 2026
53
09:02 / 26 Avqust 2026
47
09:00 / 26 Avqust 2026
51
08:56 / 26 Avqust 2026
55
23:47 / 25 Avqust 2026
281
23:01 / 25 Avqust 2026
311
22:30 / 25 Avqust 2026
354
22:26 / 25 Avqust 2026
129
21:47 / 25 Avqust 2026
123
21:29 / 25 Avqust 2026
123
21:14 / 25 Avqust 2026
132
20:56 / 25 Avqust 2026
125
20:29 / 25 Avqust 2026
143
20:09 / 25 Avqust 2026
91
20:01 / 25 Avqust 2026
94
19:56 / 25 Avqust 2026
95
19:22 / 25 Avqust 2026
80
19:18 / 25 Avqust 2026
92
18:59 / 25 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.