Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
560
22.07.2024, 11:00
“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin 1 il davam edən ibtidai istintaqı başa çatıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqın gedişində cinayət işi üzrə başqa epizodlar üzə çıxıb.
R.İsayevin əməlləri nəticəsində dəymiş ziyan 4 dəfəyə yaxın artaraq (əvvəl 16 milyon idi-red) 54 milyon manat təşkil edib. Müəyyən edilib ki, eks-baş direktor qazancının həqiqi mənbəyini gizlətmək məqsədilə qeyd olunan pul vəsaitlərinin 16 milyon manat təşkil edən hissəsini təkrar leqallaşdırıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və israfetmə -xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri ilə yekun ittiham verilib.
İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına da zərər dəyib.
Bu günlərdə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin digər detalları ilə bağlı məhkəmə istintaqı dövründə məlumat verəcəyik.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən ilin iyulunda həbs edilib.
12:35 / 10 Sentyabr 2026
2
12:31 / 10 Sentyabr 2026
11
12:30 / 10 Sentyabr 2026
15
12:28 / 10 Sentyabr 2026
17
12:27 / 10 Sentyabr 2026
16
12:21 / 10 Sentyabr 2026
32
12:20 / 10 Sentyabr 2026
31
12:07 / 10 Sentyabr 2026
54
11:52 / 10 Sentyabr 2026
52
11:41 / 10 Sentyabr 2026
57
11:35 / 10 Sentyabr 2026
52
11:27 / 10 Sentyabr 2026
59
11:23 / 10 Sentyabr 2026
93
11:17 / 10 Sentyabr 2026
292
11:11 / 10 Sentyabr 2026
65
10:56 / 10 Sentyabr 2026
108
10:55 / 10 Sentyabr 2026
56
10:45 / 10 Sentyabr 2026
56
10:35 / 10 Sentyabr 2026
59
10:09 / 10 Sentyabr 2026
351
10:08 / 10 Sentyabr 2026
67
09:45 / 10 Sentyabr 2026
67
09:20 / 10 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.