Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
787
07.06.2024, 12:56
Yaxın vaxtlarda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçiriləcək.
Oxu24.com xəbər verir ki, TNS-nin yaydığı məlumata görə, Naxçıvanın yeni rəhbərliyi namizəd axtarışındadır. Artıq Ali Məclisin deputatı seçilmək üçün namizədliyini irəli sürəcək şəxslər müəyyənləşdirilir. Ali Məclisə seçkilərdən sonra Vasif Talıbovun boş qalan vəzifəsinə də seçki olmalıdır.
Saytın iddiasına görə, bu posta ən çox adıçəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlidir. Vaxtilə Vasif Talıbovun ən etibarlı adamlardan biri olan Ülvi Hüseynli Naxçıvanın yeni rəhbərliyinin dəstəyini alarsa, bu vəzifəni tuta bilər. İxtisasca jurnalist olsa da, indiyədək siyasi proseslərdə iştirak etməyən birinin bu vəzifəyə gətirilməsi Naxçıvana nə qazandıracağını demək çətindir.
Musavat.com bu məqamda sözügedən posta gətirilə biləcək digər namizədin də adını açıqlayıb.
Həmçinin oxuyun
Sayt xatırladır ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından 2022-ci ilin dekabrınadək Ali Məclis sədri vəzifəsində çalışıb. Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini müavin postuna ötən ilin mayından Qıvraq seçki dairəsindən deputat Anar İbrahimov yerinə yetirir.
Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. Onun da bu dəfə Ali Məclis sədri seçkilərində şansları olmamış deyil.
Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisin hər bir deputatı sədr seçilə bilər.
Müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
23:09 / 10 İyul 2025
Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN
1
22:55 / 10 İyul 2025
Qəza baş verib: Yaralılar var
15
22:45 / 10 İyul 2025
Rusiya Kiyevi vurdu
19
22:37 / 10 İyul 2025
Şəmkirdə güclü yanğın
20
22:29 / 10 İyul 2025
Düyü ilə bu məhsulları yeməyin
23
22:12 / 10 İyul 2025
Bu BÜRCLƏRİN həyatı dəyişəcək - 2 gün qaldı...
339
22:10 / 10 İyul 2025
Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər
35
21:39 / 10 İyul 2025
Bu ölkələrin sərhədi oteldə yerləşən çarpayının ortasından keçirmiş - MARAQLI
155
21:39 / 10 İyul 2025
Makronun arvadının qəribə davranışının səbəbi məlum oldu - FOTO
50
21:33 / 10 İyul 2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
42
21:26 / 10 İyul 2025
İsrail müdafiə naziri təhlükəli açıqlamalar verib
47
21:15 / 10 İyul 2025
Moskvaya uçan PUA-lar vurulub
40
21:06 / 10 İyul 2025
"Həmin Zaur" verilişi yayımlanmayacaq
907
21:02 / 10 İyul 2025
Reuters agentliyi Rusiya neftinə qarşı yeni sanksiyaların mümkün tarixlərini açıqlayıb
43
20:58 / 10 İyul 2025
Amerikadan "Ford" alanların nəzərinə - 850 min avtomobildə ciddi problem aşkarlandı
48
20:53 / 10 İyul 2025
İkinci dəfə Meloninin qarşısında diz çökdü
53
20:52 / 10 İyul 2025
Laçında insan skeletinin qalıqları tapılıb
56
19:46 / 10 İyul 2025
Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO
70
19:37 / 10 İyul 2025
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
62
19:33 / 10 İyul 2025
Baş dərisini "deşmək" saç çıxardır?
79
19:16 / 10 İyul 2025
"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq
71
19:01 / 10 İyul 2025
Rubio mümkün Tramp-Putin görüşünü şərh edib
71
18:55 / 10 İyul 2025
Dolları nələr gözləyir?
79
18:52 / 10 İyul 2025
Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdilər
910
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.