Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111117
az

Bakıda məktəbdə gərginlik: Əraziyə polis əməkdaşları cəlb edildi +VİDEO

20:1306 İyun, 2024
6545
ÖZƏL BÖLÜM
  • A

Bakının Xətai rayonunda yerləşən  25 nömrəli məktəbdə gərginlik yaşanır.

 

Oxu24.com xəbər verir ki, gərginliyə səbəb  məktəb direktoru Fəridə Şərifovanın işdən azad edilməsi və məktəbin Nəzakət Əsgərovaya həvalə edilməsi olub.

 

Məlumata görə direktoru işdən azad edilən 25 nömrəli məktəb onunla qonşu ərazidə yerləşən liseyə birləşdirilir. Həmçinin yeni  direktor  bildirib ki, 25  nömrəli  məktəbin rus bölməsi ləğv ediləcək və dərsə hazırlıq səviyyəsi zəif olan şagirdlər məktəbdən uzaqlaşdırılacaq.

 

(Yeni təyin edilən direktor)

 

Yeni direktor Nəzakət Əsgərovanın bu sözlərindən sonra məktəbdə ciddi gərginlik yaşanıb. Valideynlər və şagirdlər kütləvi şəkildə bu qərara etiraz üçün məktəbin qarşısına toplaşıb. Əraziyə hətta polis əməkdaşları da cəlb olunub.

 

Üç iyun tarixində kütləvi şəkildə valideynlər  məktəbin qarşısına yığışıblar  və  dəsri boykot ediblər, müəllimlər dərsə girməyib. 

 

 

 

Son zənglə bağlı məzunlara bildirilib  ki, bu il son zəng  humanitar liseylə birgə olacaq. Bu qərar  da   şagirdlər narazı salıb. Onların 11 il müddətdə  təhsil aldıqları məktəbdə  son  zəngin keçirilməsinə  icazə  verilməməsi əlavə narazılığa səbəb  olub.

 

Oxu24.com işdən azad edilən direktor Fəridə Şərifova ilə əlaqə saxlayıb.Keçmiş direktor bildirib ki, qeyd  edilən  qərarlar  onu da şoka salıb. İşdən azad edilən direktor hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini  bildirib.

 

(İşdən azad edilən direktor)

 

"Mən 5 il əvvəl bu məktəbə direktor təyin edilmişəm.May ayının 7-də monitorinq keçirildi və mənim işdən azad edildiyim bildirildi.Mənim iştirakım  olmadan  qərar verildi  və işdən  azad  edildim. Üstündən 1 həftə  keçmədən  bildirildi ki, məktəbə yeni direktor bizimlə qonşu ərazidə yerləşən liseyin direktoru Nəzakət Əsgərova təyin edilib. Hadisələrin  bu  sürətlə  baş  verməsi  bizdə  müəyyən şübhələr yaratdı. Bundan əlavə mənim 17 illik pedaqoji fəaliyyətimin  üzərindən də xətt çəkdilər.Mənim müəllim kimi məktəbdə  dərs  deməyim  də ləğv edildi.Qeyd olunan məsələlərlə bağlı  məhkəməyə müraciət edəcəyəm",-deyə işdən azad edilən direktor  bildirib.

 

Oxu24.com mövzunu diqqətdə saxlayacaq.

 

 

(Məktəbin ingilis dili müəlliməsi yeni direktordan narazılıq edir)

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirli məşhur iş adamı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb - DETALLAR
"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" (FOTO+VİDEO)
"Murov Qartalı" Raquf Orucov - Komandirsiz keçirilən doğum günü

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi