Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülərin nəzərinə: Bunu etməsəniz sizi cərimə gözləyir,2 gününüz qalıb +VİDEO

ŞOU-BİZNES

1138

13.11.2018, 09:47

 Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 2 gün qalıb. Oxu24.com -un  məlumatına görə, ölkəmizdə tətbiq edilən qanuna əsasən mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadəyə icazə verilir. Bu müddətdən sonra isə sürücüləri cərimə gözləyir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, sürücülər cərimələnməmək üçün diqqətli olmalıdır. Bu qadağa əksər avtomobilin arxa qapısında olan kiçik ölçüsü şüşə üçün də keçərlidir. Çünki bəzi sürücülərin buna məhəl qoymaması səbəbindən daha sonra sürücü ilə yol polisləri arasında mübahislərin yaşanmasına səbəb olur. Qeyd edək ki, hazırda arxa şüşələrə plyonkaların çəkilməsi qiyməti istifadə edilən materialın keyfiyyətindən asılı olaraq 15-30 manat arasında dəyişir.