Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəzadan video: 21 nəfər ölü,xeyli yaralı var

Dəhşətli qəzadan video: 21 nəfər ölü,xeyli yaralı var

ŞOU-BİZNES

2823

07.09.2021, 11:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə ölkənin prezidenti Luis Arse bildirib.

"Biz kədərli xəbər aldıq ki, Koçabamba departamentində, Moroçatoy yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 insan həlak olub, 12 nəfər xəsarət alıb. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik", - deyə o, özünün tvitterdəki hesabında yazıb.

“Unitel” telekanalı bildirib ki, Kilyakolyo şəhəri istiqamətində hərəkət edən avtobus 200 metrlik hündürlükdən aşıb. Sərnişin avtobusunun xəstəxanada müalicə edilən sürücüsünün sözlərinə görə, o, nəqliyyat vasitəsinin digər avtomobillə toqquşmaması üçün qəfil əyləci basıb. Bundan sonra avtobusa idarəetməni itirib.