Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ! Bakıda güclü yanğın başladı - VİDEO

ŞOU-BİZNES

3750

04.02.2021, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən  Oxu24.com-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.