Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK görüntü yayıldı: Ordumuz düşməni belə vurubmuş

ŞOK görüntü yayıldı: Ordumuz düşməni belə vurubmuş

ŞOU-BİZNES

3586

06.01.2021, 12:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlarından biri də düşmənin S-300 zenit-raket qurğularının sıradan çıxarılması olmuşdu.
Oxu24.com xəbər verir ki, bu gün erməni KİV-ləri "azərbaycanlılar S-300-ü necə vurdular” başlıqlı videogörüntülər yayıblar. Təhlükəsizlik kamerasına düşən kadrlarda "Harop”la düşmənin əvvəlcədən müəyyən edilmiş hədəfinin uğurla məhv edildiyi görünür. Ermənilər yenicə internetdə yayılan videonun İkinci Qarabağ müharibəsi zamanı qeydə alındığına şübhə etmədiklərini deyirlər. "Çünki "Harop” və S-300 yalnız Qarabağ savaşında "üz-üzə gəliblər”, -deyə qeyd edilir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 30-da bir gün əvvəl gedən döyüşlər zamanı Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusunun sıradan çıxarılması barədə məlumat yaymışdı.