Azərbaycan 12 xalı bu ölkəyə verdi
17 May 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2202
17.09.2020, 18:34
Astarada evə maskalı şəxslər basqın edib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.
Belə ki, Abdullayevlər ailəsinin yaşadığı evə 3 naməlum şəxs əllərində bıçaqla hücum edib. Nəticədə Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Abdullayeva və 2000-ci il təvəllüdlü Emral Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı evdə olan ailə üzvü Seynur Abdullayev başına gələnləri belə xatırlayır: “3 nəfər maskalı şəxs basqın elədi evə. Atama xəsarət yetirdi, oğluma və həyat yoldaşıma. Əlbəyaxa olduq, qaçdılar, onların heç birini tuta bilmədik. Çox əlləşdik, bir az dava-dalaş da düşdü, maskadan tanıya bilmədik, qaçdılar. Hamısının əlində bıçaq var idi”.
Maskalı şəxslərin hücumu nəticəsində bir neçə bıçaq xəsarətləri alan Seyran Abdullayev və nəvəsi Emral Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Həkim Rasim Axundovun sözlərinə görə, hər iki şəxsə yardım edilib: “Xəstələrdən Abdullayev Emral 2000-ci il təvəllüd qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qaraciyərin kəsilib deşilməsi, daxili qanaxma ilə təcili cərrahi əməliyyata götürüldü. Laparatomiya əməliyyatı ilə qaraciyər tikildi. İkinci xəstə Abdullayev Seyran 1944-ci il təvəllüd qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə daxil olmuş, kəsilmiş nazik bağırsaqlar tikildi. Hazırda 2 xəstə reanimasiya şöbəsinə orta-ağır vəziyyətdə yerləşdirilib.
Digər zərərçəkmiş Bəsirə Abdullayevaya isə ambulator yardım olunub və evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.