Azərbaycan 12 xalı bu ölkəyə verdi
17 May 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2598
16.09.2020, 12:16
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.
Oxu24.com xəbər verir ki, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.