Şagirdi ilə əxlaqsızlıq edən qadın müəllimin məhkəməsi keçirilib.
Oxu24.com haberler-ə istinadla bildirir ki, Uelsdəki məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərən 28 yaşlı Katie Smith-ə hökm oxunub.
Ailəli qadın müəllimin 14 yaşlı şagirdinə çılpaq şəkil və videolar göndərdiyi məlum olub. O, pedofilliyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, hökm oxunarkən gözyaşlarına hakim ola bilməyib. Qadın iki il yarımdan sonra şərti azadlığa buraxıla bilər.
Şagirdi ilə iki dəfə intim münasibət yaşayan müəllim göndərdiyi şəkillərin məktəblilər arasında yayıldığını biləndə münasibəti bitirsə də, "zərərçəkən"in anası onu polisə verib.
Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.
Milli.Az onun saxlanılması ilə bağlı görüntüləri təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR