Aysun İsmayılova xəstəliyə tutuldu
16 Noyabr 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1297
28.04.2020, 23:57
Valideynləri tərəfindən azyaşlı uşağa spirtli içkinin içirilməsi ilə bağlı video yayılıb. Sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələni ictimailəşdirərək uşağın valideynlərini tənqid edib. Birlik sədri bildirib ki, videonun sosial şəbəkələrdə sürətlə yayıldığını görən ailə ona hədə-qorxu gəlib:
“Video artıq dünəndən sosial şəbəkələrdə yayılmışdı, mən uşağın üzünü bağlayaraq bunu ictimaiyyətin diqqətinə çatdırdım. Məsələni ictimailəşdirməkdə məqsədim valideynləri xəbərdar etmək idi. Bu cür davranışlar nəinki uşaq tərbiyəsinə ziddir, həm də sağlamlığına ziyandır. Sonra uşaqlar bu vərdişlərə alışa bilər.
Uşağın qohumları zəng edib xahiş etdilər ki, videonu silim. Razılaşmadım, çünki onun üzü bağlı idi. Ümid edirəm ki, yayılan görüntülər bu tip ailələrə dərs olacaq. Uşaq sadacə sizə aid deyil, onun təlim-tərbiyəsinə dövlət də nəzarət edir. O baxımdan lazımi cəzanı almalısınız. İnzibati cəza tətbiq oluna bilər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi buna nəzarət etməlidir, həmin rayonun icra nümayəndəsi, İcra Hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi komissiyası da buna dərhal reaksiya verməlidir.
Mənə özünü baba kimi təqdim edən şəxs zəng edib “Sənin bir böyüyün yoxdur ki, danışaq” dedi. Əlbəttə ki, mənim böyüyüm var və o, dövlətimdir. Bu uşağın da böyüyü dövlətdir. O insana başa salmağa çalışdım ki, mənə hədə-qorxu gəlməklə deyil. Siz səhv etmisiniz, əgər şərəfinizi qoruyub saxlamaq istəyirsinizsə, uşağa bu şərəfsizliyi öyrətmək lazım deyil. Video yayıldıqdan sonra onlar uşağa qazlı su verdiyini iddia etdi. Hər halda önəmli deyil, bu yolla uşağın vərdişləri formalaşır. Ona qazlı su da, boş stəkan da verə bilərsiniz, amma uşaq görüntülərdə yandırır deyirsə, demək ki, bunları davamlı olaraq kef məclislərində görür. Dövlət qurumları belə valideynlərin verdiyi təlim-tərbiyəyə nəzarət etməlidir”.
12:07 / 19 Noyabr 2026
22
11:57 / 19 Noyabr 2026
34
11:45 / 19 Noyabr 2026
55
11:30 / 19 Noyabr 2026
80
11:15 / 19 Noyabr 2026
54
11:10 / 19 Noyabr 2026
63
11:05 / 19 Noyabr 2026
83
11:00 / 19 Noyabr 2026
94
11:00 / 19 Noyabr 2026
97
10:55 / 19 Noyabr 2026
84
10:47 / 19 Noyabr 2026
84
10:32 / 19 Noyabr 2026
350
10:21 / 19 Noyabr 2026
256
10:19 / 19 Noyabr 2026
327
10:11 / 19 Noyabr 2026
95
10:07 / 19 Noyabr 2026
101
09:58 / 19 Noyabr 2026
716
09:56 / 19 Noyabr 2026
109
09:48 / 19 Noyabr 2026
143
09:45 / 19 Noyabr 2026
107
09:41 / 19 Noyabr 2026
107
09:37 / 19 Noyabr 2026
113
09:30 / 19 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.