Aysun İsmayılova xəstəliyə tutuldu
16 Noyabr 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1868
20.04.2020, 11:18
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən Oxu24.com-a verilən məlumata görə, bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya “yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.
Alternativ olaraq portalın “Bütün xidmətlər” bölməsində “Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.
“myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.
Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin “myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda “myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.
"myGov" portalına giriş “ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının “Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.
17:34 / 19 Noyabr 2026
16
17:30 / 19 Noyabr 2026
27
17:20 / 19 Noyabr 2026
43
17:15 / 19 Noyabr 2026
46
17:01 / 19 Noyabr 2026
8
16:51 / 19 Noyabr 2026
241
16:50 / 19 Noyabr 2026
112
16:48 / 19 Noyabr 2026
82
16:35 / 19 Noyabr 2026
104
16:29 / 19 Noyabr 2026
95
16:24 / 19 Noyabr 2026
98
16:18 / 19 Noyabr 2026
121
16:15 / 19 Noyabr 2026
336
16:12 / 19 Noyabr 2026
93
16:10 / 19 Noyabr 2026
121
16:08 / 19 Noyabr 2026
102
16:02 / 19 Noyabr 2026
117
15:59 / 19 Noyabr 2026
162
15:56 / 19 Noyabr 2026
894
15:54 / 19 Noyabr 2026
132
15:47 / 19 Noyabr 2026
193
15:45 / 19 Noyabr 2026
94
15:41 / 19 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.