Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK! ABŞ hava limanın vurdu,Iranın ən nüfuzlu generalı öldü + Video

2020/01/03/1578031257_1578029872_partlayis-qasim-suleymani-1.jpg

ŞOU-BİZNES

1923

03.01.2020, 10:00

İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.
Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb. Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.
Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib. "General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”.