MTN-nin həbs edilmiş və həbsxanada özünü asan yüksək rütbəli əməkdaşı ilə bağlı sensasion məlumat məlum olub.
Oxu24.com xəbər verir ki, həbsdə intihar edən MTN-nin keçmiş əməkdaşı Ilqar Əliyevlə eyni həbsxanada cəza çəkmiş şəxs Asif Yusifli qaranlıq məqamlardan danışıb. O,bildirib ki, MTN -nin həbs edilmiş əməkdaşı ilk gündən orada verilən yeməyi yeməyib. Hər gün ona yemək kənardan gəlirmiş. Ilqar Əliyev tez- tez zəhərlənib öldürülməsindən ehtiyat edirmiş. MTN zabiti ilə eyni həbsxanada cəza çəkən şəxs bildirib ki, intihardan az öncə Ilqar Əliyev ölkə rəhbərinə müraciət etməyi və əslində hər şeyi ölkə rəhbərinə çatdırmağı planlaşdırırmış. O, həbsxana yoldaşlarına bildirib ki, bütün baş verənlərin arxasında Eldar Mahmudov və Akif Çovdarov dayanır.
Sensasion videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR