14 yaşlı qızla hamamda ölən Yusufla bağlı GÖRÜNTÜLƏR yayıldı - VİDEO
30 Aprel 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2674
21.03.2026, 09:53
Ağcabədidə vurulan ABŞ casus təyyarəsi və Heydər Əliyevin məxfi əməliyyatı - ABŞ təyyarəçisi gizli sənədləri yeyib...
Ağcabədidə vurulan bu Amerika təyyarəsi ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsini o qədər narahat etmişdi ki, bu barədə Amerika Prezidenti Duayt Eyzenhauerə yalnız 10 ay sonra məlumat verilmişdi. SSRİ-nin tutduğu təyyarə heyəti barədə isə uzun illər ABŞ-də məlumatlar yanlış təqdim edilmiş, heyətin təhvil verilməməsi ilə bağlı dezinformasiya yayılmışdı. Mərkəzi Kəşfiyyatın Məxfi planlarının yer aldığı sənədləri yediyini iddia edən ekipaj üzvü mayor Freer bu barədə düz 30 il sonra müsahibə vermişdi. Bu təyyarə Ağcabədidə vurulanda ABŞ-də ondan cəmi 2 ədəd qalmışdı . “Duqlas” Sİ 118 EY hərbi yük təyyarəsi amerikanın “adi nəqliyyat” adı altında kəşfiyyat missiyalarında istifadə etdiyi vasitə idi… Yanmaqda olan hərbi təyyarə, paraşütlə özünü Ağcabədi çöllərinə atan amerikan təyyarəçiləri və məxfi əməliyyata rəhbərlik tapşırığı almış DTK-nın əks-kəşfiyyat şöbəsinin rəis müavini 35 yaşlı mayor Heydər Əlirza oğlu Əliyev…
1958-ci ilin 1 mayında SSRİ Amerika istehsalı olan Douglas S-16 tipli turbomühərrikli təyyarənin uçuşu ilə bağlı məlumat əldə etmişdi. 1958-ci iyunun 27-də Moskva vaxtı ilə saat 18:29-da “Duqlas” C-118A Amerika təyyarəsi İrəvan şəhərinin 30 kilometrliyində Ermənistan SSRİ tərəfdən dövlət hava sərhədini pozaraq 170 kilometrə qədər ərazinin dərinliyinə keçdi.
Bakı dairəsi Hava Hücumundan Müdafiə qoşunlarının komandanı general-polkovnik Vladimir İvanov Moskvadakı SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsi ilə əlaqə yaradır. Ona “şəraitə uyğun hərəkət edin” əmri verilir və İvanov kodu qəbul edir. Dövlət Təhlükəsizliyi Xidmətinin “tam məxfi” qrifli arayışından oxuyuruq.
Dövlət sərhədinin pozulması barədə məlumat alınan kimi Bakı dairəsi Hava Hücumundan Müdafiə qoşunları tərəfindən Kürdəmir aerodromundan saat 18:24-də 259-cu aviasiya diviziyasının 976-cı alayına məxsus iki MiG-17 təyyarəsi pozucu təyyarəni saxlamaq üçün havaya qaldırılır.
Eskadrilya komandiri kapitan Svitliçkov və həlqə komandiri Zaxarov saat 18:44-də, 5500 metr yüksəklikdə sərhəd pozucusu olan təyyarəni aşkar etmiş və onu bizim Qaraçala aerodromuna enməyə məcbur etməyə çalışmışdılar.
Ancaq Amerika təyyarəsi xəbərdarlıq siqnalına məhəl qoymadan sağ tərəfə istiqamət götürərək İran ərazisinə keçməyə cəhd göstərmişdi. Bundan sonra, saat 18:58-də qırıcıların atəşi ilə vurulmuş, alışmış və hündürlüyünü itirməyə başlamışdı.
Həmçinin oxuyun
Saat 19:00-da sərhəd pozucusu olan təyyarədən 5 paraşütçü yerə tullanmışdı. Saat 19:00-dan bir qədər keçdikdən sonra isə təyyarə Krivobatdan 95 kilometr cənub-şərqdə yerləşən Azərbaycan SSR-in Ağcabədi rayonunun Hindarx kəndində tikilməkdə olan hərbi aerodromun enmə zolağına düşmüş, bir neçə dəqiqə sonra isə tamamilə yanmışdı.
Hindarxda təyyarə yerə enən kimi aerodromda olan hava hücumundan müdafiə qüvvələrinin əsgərləri tərəfindən mühasirəyə alınır.
Davamı TV11-də..
01:27 / 01 May 2026
112
23:57 / 30 Aprel 2026
58
23:43 / 30 Aprel 2026
67
23:23 / 30 Aprel 2026
143
23:11 / 30 Aprel 2026
124
22:49 / 30 Aprel 2026
73
22:39 / 30 Aprel 2026
77
22:19 / 30 Aprel 2026
87
22:03 / 30 Aprel 2026
112
21:50 / 30 Aprel 2026
76
21:40 / 30 Aprel 2026
100
21:30 / 30 Aprel 2026
71
21:16 / 30 Aprel 2026
248
20:53 / 30 Aprel 2026
82
20:48 / 30 Aprel 2026
86
20:47 / 30 Aprel 2026
237
20:36 / 30 Aprel 2026
80
20:24 / 30 Aprel 2026
246
20:08 / 30 Aprel 2026
80
20:02 / 30 Aprel 2026
244
19:51 / 30 Aprel 2026
86
19:40 / 30 Aprel 2026
264
19:30 / 30 Aprel 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.