Bakının bu ərazisində evlər işarələnib: Söküntü BAŞLAYIR - VİDEO
29 Sentyabr 2026, 14:08
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
723
13.02.2026, 16:20
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən qəzalı binaların sökülməsi ilə bağlı məlumatlar yayılıb. Söhbət Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən 1 və 2 mərtəbəli yaşayış evlərindən gedir.
Məlumata görə, sözügedən tikililərin qəzalı vəziyyətdə olması ilə bağlı hələ 2022-ci ildə rəsmi akt tərtib olunub. Sənədə əsasən, binaların istismar üçün yararsız olduğu müəyyən edilib. Bildirilir ki, söküləcək ərazidə yaşıllıq zonası və parkın salınması nəzərdə tutulur. Layihənin detalları hələlik açıqlanmasa da, söküntü işlərinə cari ilin aprel ayından başlanacağı qeyd olunur.
Sakinlərin sözlərinə görə, onlara yaxın vaxtlarda rəsmi qurum tərəfindən əlaqə saxlanılacağı bildirilib. Evlərin ölçüləri artıq götürülsə də, prosesin konkret nə vaxt başlayacağı və kompensasiya məsələsi barədə hələlik rəsmi məlumat verilməyib.
Mütəxəssislər isə bildirirlər ki, qəzalı binaların sökülməsi zamanı kompensasiya və ya mənzil təminatı məsələsi layihənin təyinatından asılı olaraq müəyyənləşdirilir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qəzalı binalarla bağlı tədbirlər mərhələli şəkildə həyata keçirilir. Qeyd olunub ki, sözügedən binada yaşayan sakinlərlə kompensasiya məsələlərinə dair yaxın zamanda görüşün keçirilməsi və ətraflı məlumatın verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.
Ətraflı reportajda:
02:00 / 02 Oktyabr 2026
70
00:03 / 02 Oktyabr 2026
99
23:54 / 01 Oktyabr 2026
86
23:41 / 01 Oktyabr 2026
98
23:12 / 01 Oktyabr 2026
103
23:00 / 01 Oktyabr 2026
106
22:53 / 01 Oktyabr 2026
91
22:52 / 01 Oktyabr 2026
93
22:50 / 01 Oktyabr 2026
166
22:42 / 01 Oktyabr 2026
84
22:31 / 01 Oktyabr 2026
93
22:24 / 01 Oktyabr 2026
125
22:18 / 01 Oktyabr 2026
236
22:07 / 01 Oktyabr 2026
99
21:42 / 01 Oktyabr 2026
93
21:41 / 01 Oktyabr 2026
111
21:31 / 01 Oktyabr 2026
92
21:29 / 01 Oktyabr 2026
108
21:26 / 01 Oktyabr 2026
236
21:25 / 01 Oktyabr 2026
82
21:19 / 01 Oktyabr 2026
89
21:15 / 01 Oktyabr 2026
84
21:08 / 01 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.