Bakının bu ərazisində evlər işarələnib: Söküntü BAŞLAYIR - VİDEO
29 Sentyabr 2026, 14:08
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1103
09.02.2026, 11:15
DİN insan alveri ilə bağlı əhaliyə müraciət edib.
DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, müraciətdə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:
"Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?
1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;
2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;
3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;
4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.
Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!"
09:41 / 02 Oktyabr 2026
1
09:39 / 02 Oktyabr 2026
9
09:33 / 02 Oktyabr 2026
26
09:29 / 02 Oktyabr 2026
29
09:18 / 02 Oktyabr 2026
40
09:14 / 02 Oktyabr 2026
146
09:12 / 02 Oktyabr 2026
45
09:00 / 02 Oktyabr 2026
47
08:59 / 02 Oktyabr 2026
49
08:24 / 02 Oktyabr 2026
210
08:23 / 02 Oktyabr 2026
76
08:21 / 02 Oktyabr 2026
73
02:00 / 02 Oktyabr 2026
105
00:03 / 02 Oktyabr 2026
352
23:54 / 01 Oktyabr 2026
105
23:41 / 01 Oktyabr 2026
163
23:12 / 01 Oktyabr 2026
165
23:00 / 01 Oktyabr 2026
123
22:53 / 01 Oktyabr 2026
113
22:52 / 01 Oktyabr 2026
130
22:50 / 01 Oktyabr 2026
215
22:42 / 01 Oktyabr 2026
95
22:31 / 01 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.