Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

OXU24 TV

1720

05.02.2026, 09:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan  Oxu24.com-a verilən məlumata görə, fevralın 5-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhəri Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.