DİN əməliyyat keçirib: Həbs olunan var -VİDEO
05 Dekabr 2025, 12:34
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1534
06.10.2025, 21:01
Jalə hər gün ərini işə yola saldıqdan sonra evdə qalmır. Gündüzlər uşaqları da götürüb Rafiqin, yəni məşuqunun kirayə qaldığı evə gedir, onunla yaşayır, əri Ələskərin evə qayıdacağı saat yaxınlaşanda isə yenidən evinə dönür. Beləliklə Jalə uzun müddət gündüzlər Rafiqin, gecələr Ələskərin arvadı rolunda yaşayır.
Şahid qismində dindirilmiş Elman adlı şəxs bildirir ki, özü Buzovna qəsəbəsində yaşayıb və evindəki otaqlardan birini kirayəyə Rafiq Hadıyevə verib. Onun sözlərinə görə, Rafiq yanında olan qadını həyat yoldaşı kimi təqdim edib və həmin qadının adı Jalə olub. Şahid onu da deyib ki, Rafiqin sarı bir Jiqulu maşını olub və o, hər səhər Jaləni gəririb axşma aparırmış. Bir gün bunun səbəbini soruşanda deyib ki, gecələr qadın atası evində qalır. Onların bir uşağı da olub, qız uşağı. Rafiq həmin uşağa ata kimi davranır, onu “qızım” deyə çağırırmış. Daha sonra onların bir oğlu da dünyaya gəlib. Təbii ki, şahid bütün bu proses boyu elə bilib ki, Jalə Rafiqin arvadıdır. ŞAhid onu da deyir ki, onların qızı dərslərini çox yaxşı oxuyur, bütün qiymətləri 5 imiş. Hətta qonşular da həmin qızın zəkasına heyran imiş.
Onlar qızlarını məktəbdən götürür, evdə yemək bişirir, mehriban yaşayırlarmış. Uşaqlar da Rafiqə ata deyirmiş.
Jalə beləcə ərindən xəbərsiz başqa bir ailə qurur və ikili həyatını yaşayır. Daha sonra bu gediş gəlişlərdən yorulduğuna görə təzə plan qurur.
Bir müddətdən sonra Jalə yoldaşına, Rafiq adlı şəxsin guya atası tərəfdən qohumu olduğunu deyir, onunla heç bir əlaqəsinin olmadığına and içir.
Ələskəri aldatmağın rahat olduğunu görən Jalə xəyanətinin dərəcəsini gün-gündən artırmağa başlayır, artıq həyatını bir serial kimi yaşamağa başlayır.
Ərinə hər gün Rafiqdən danışmağa başlayır, onun işinin olmaması, kirayə şəraitinin çətinliyi, kirayə pulunu verə bilmədiyini deyir. Daha sonra Əl-Əskərdən xahiş edir ki, Rafiqin imkanı olmadığı üçün onların evində kirayə qalsın və uşağı məktəbə aparıb-gətirsin.
Jalə Ələskəri buna da inandırır. Beləliklə qadın artıq zəhmət çəkib Rafiqin kirayə qaldığı evə getmir, Rafiqi ərinin də razılığı ilə evinə gətirir, ərinin xəbəri olmadan münasibətlərini bir evdə davam etdirirlər. Eyni evdə əri və məşuqu ilə yaşamağa başlayır.
Bu 3lüyə məhəbbət üçbucağı demək olmaz. Olsa da, bu korbucaqlı üçbucaqdır, çünki burda bucaqlardan biri həqiqətən də kordur və arvadının ona öz evində bir kişi ilə xəyanət etdiyini yenə anlamır.
Ta ki, 2009-cu ilin Avqustun 20-si olur…
Həmçinin oxuyun
Davamı TV11-də...
12:41 / 05 Dekabr 2025
1
12:36 / 05 Dekabr 2025
12
12:34 / 05 Dekabr 2025
24
12:32 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
20
12:03 / 05 Dekabr 2025
718
11:55 / 05 Dekabr 2025
39
11:48 / 05 Dekabr 2025
50
11:42 / 05 Dekabr 2025
167
11:36 / 05 Dekabr 2025
120
11:33 / 05 Dekabr 2025
126
11:17 / 05 Dekabr 2025
750
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
70
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
242
10:30 / 05 Dekabr 2025
314
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
50
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.