Qaynar xətt:

(+99450) 247 90 86

İlk cinsi əlaqəyə kimi oğlan və qız uşaqlarına vacib peyvənd - Papilomma virusu TƏHLÜKƏSİ

İlk cinsi əlaqəyə kimi oğlan və qız uşaqlarına vacib peyvənd - Papilomma virusu TƏHLÜKƏSİ

ŞƏRHSİZ

5687

31.03.2021, 23:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsan papiloması virusu əleyhinə peyvənd bütün dünyada 12 yaşından 21 yaşına kimi qızlara olunur və mütləq tövsiyyə edilir. Artıq Dünya səhiyyə təşkilatı oğlanların da İPV peyvəndi olmasını tövsiyyə edir.

Medicina.az xəbər verir ki, İnsan papiloması virusunun bir neçə növü var ki, onların ikisi xərçəngə çevrilir. Daha çox qızlarda, qadınlarda uşaqlıq boynu xərçəngi yaradan bu virus kişidən cinsi əlaqə zamanı qadına ötürülə bilir. Ona görə inkişaf etmiş ölkələrdə profilaktika məqsədilə qızlar ilk cinsi əlaqə yaşına kimi bu peyvənddən keçirilir.

İndi növdə kişilərə çatıb. Çünki əsas daşıyıcı və yoluxdurucu kişilər olduğu üçün, həmçinin 2 tip virusun kişilərdə də xərçəng yarada biləcəyini nəzərə alaraq oğlanlar da 13 yaşından 20 yaşına kimi bu peyvənddən olunsa daha təhlükəsiz yaşayarlar.

Papiloma cinsi orqanlarda, ətrafında, anus ətrafında ət xal kimi deyilən ziyillərlə görünür.

Qadınlarda uşaqlıq, kişilərdə uroloji və qırtlaq xərçənginə səbəb olur.


Hazırda papiloma dünyada çox yayıldığından insanlar peyvəndə qarşı əsassız qadağalarını aradan qaldırıb, vaxtında özlərini və övladlarının gələcəyini təminat almaq barədə düşünməlidirlər.


Papiloma və kişilər


Kişilər papiloma virusundan heç də az qorxmamalıdır. Çünki onlar öz həyat yoldaşlarını yoluxdurub, onu xərçəngə qədər apara bilər, ikincisi özləri anal, düz bağırsaq, dil və qırtlaq xərçənginə tutula bilər. Virusa yoluxma illərlə simptomsuz biruzə verir.

Kişilərdə qırtlaq xərçəngi 50 yaşdan sonra baş verə bilər.


Bir kişi və ya qadın papiloma virusunun aqressiv formasına yoluxubsa, onun xərçəngə çevrilməsinə qədər 20 il vaxt tələb olunur.

Siqaret və içki isə bu xəstəliyi daha da tezləşdirir.


Bu vaxta kimi insanlar bəzi nahiyələrdə ət xal dedikləri papilomaları zərərsiz hesab edirdilər. Hətta onlar böyüyüb, çıxıntısı artanda yandırır, qurudub salır və ya kəsdirirdilər.


Papilomma udlaq və qırtlaqda da daxildə olur. Əgər o, aktiv böyüyürsə, ağrı verə bilir.

Qırtlaqda olan çoxsaylı papilomma papilomatoz adlanır və xəstənin səsinə, nitqinə, tənəffüsünə belə təsir edir.

 

Vaksini nə vaxt vurulmalıdır?

Uyğun 9 yaşından 22 yaşa kimidir. Çünki bu ərəfədən artıq yeniyetmələr bir-birilə ilə təmas edir, müəyyən seksual hərəkətlər ola bilər, erkən, 13-14 yaşından intim münasibətlər başlaya bilər və hər an həm qız, həm də oğlan bu virusa yoluxa bilər. Ona görə işi öncədən ehtiyatlı tutmaq lazımdır.


Oğlanlar və qızlara 3-6 ay ərzində fasilələrlə 3 dəfə peyvənd edilir. Qeyd edək ki, PVV xərçəngin bir növünə qarşı hələ ki, yeganə vaksindir.

Bəzən artıq xəstəliyə yoluxmuş və papiloması xərçəngə doğru yol alan qadın və kişilərə 40-45 yaşında da bu peyvənd edilir. Çünki bəzi hallarda təsiri sübut olunub.


Ona görə alimlər, həkimlər valideynlərə səslənərək övladlarını vaxtında bu peyvənddən keçirməyi tövsiyyə edir. Azərbaycanda bu peyvənd dövlət müəssisələrində olunmur, məcburi deyil, milli təqvimdə yoxdur. Peyvəndi yalnız sifariş etməklə özəl xəstəxanalarda vurdura bilərsiz.

Bu peyvəndin heç bir əks təsiri, zərəri sübut olunmayıb. Peyvənddən sonra insanda immunitet yaranır, insan virusa qarşı dayanıqlı olur.

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

92

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

95

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

194

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

92

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

107

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

127

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

103

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

166

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

107

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

120

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

109

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

119

0