Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli hadisə: İntim əlaqədə olduğu qadını öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda dəhşətli hadisə: İntim əlaqədə olduğu qadını öldürdü - TƏFƏRRÜAT

ŞƏRHSİZ

7254

15.02.2021, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda qadını boğub öldürməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi məhkəmə prosesi başa çatıb.

Oxu24.com-un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, K.Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib.

K.Quliyev münasibətdə olduğu, yüngül həyat tərzi keçirən G.Əliyeva ilə kirayədə yaşadığı mənzildə görüşüb.

Tərəflər arasında mübahisə zəminində yaranan insidentdən sonra K.Quliyev vanna otağında qadını boğaraq öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.