Qaynar xətt:

(+99450) 247 90 86

Təhsil haqqını ödəyə bilməyən tələbələr dərsdən sonra işləsinlər - Siyavuş Novruzov

Təhsil haqqını ödəyə bilməyən tələbələr dərsdən sonra işləsinlər - Siyavuş Novruzov

MÜSAHİBƏ

2548

19.01.2021, 19:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik".

 

Oxu24.com  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

 
Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:

 "ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?".

 

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.