Ötən gün Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov ətrafında söz-söhbət bitmək bilmir.
KONKRET.az xəbər verir ki, özünü Milli Fədailər Hərəkatının lideri kimi təqdim edən Fuad Muradov da mövzuya biganə qalmayıb özünün Facebook hesabı vasitəsilə açıqlama verib.
Həmin açıqlamanı təqdim edirik:
“Mübariz Mənsimov mənim üçün bir mənalı şəkildə dələduzdur və hədəfi ölkə rəhbəri İlham Əliyev idi. Allah qapısını açsın, çıxanda ağıllı olar. Kimlərəsə xoş gəlsin deyə dələduzu müdafiə etmərəm. 10 milyardın qarşısında 10 milyon ictimai reklam etdirən şəxs olub. Hər kəs də buna görə sevib onu və dələduzluqla ələ keçirdiyi pullar Azərbaycan dövlətinin və xalqının olub. Son qəpiyinə kimi qusmalıdır, bunu unutmayın. Kimlər bu dövlətə baş qaldıracaq, başlar getməlidir, bu qanundur. Gedin rahat yatın, dincəlin. Birdə bununla bağlı kimsə mənə nöqsan və ya söz desə, əlaqə yarada bilər. Doğrusu da, haqqı da, reallığı da elə budur.”
Oxu24.com
ŞƏRHLƏR