"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1175
27.01.2026, 16:45
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımdan ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Azərbaycanın mütəmadi olaraq Ukraynaya humanitar yardım göndərməsi onsuzda Azərbaycana soyuq münasibət göstərən Rusiyanı qıcıqlandır bilərmi? Rusiya Azərbaycana qarşı hansısa bir əmələ əl ata bilərmi?
Oxu24.com-un sualına politoloq Turan Rzayev cavab verib.
O, bildirib ki, Azərbaycanın Ukraynaya yardım göndərməsi ilk hadisə deyil: "Yəni, bundan öncə də bir neçə dəfə rəsmi Bakı Ukraynaya yardım edib. Prinsipcə Ukrayna Rusiya işğalına məruz qalan, torpaqları işğal altında olan mülki insanların həyatını itirdiyi haqsızlığa məruz qalan bir ölkədir. Azərbaycan da illərlə torpaqlarının 20 faizi işğal altında olmuş, haqsızlığa, ikili standartlara məruz qalmış bir ölkədir.
Əslində bu gün Ukraynanı ən yaxşı başa düşən ölkə məhz Azərbaycandır . Azərbaycan ilk növbədə beynəlxalq hüquq çərçivəsində Ukraynaya yardım edir. Bu iki ölkə arasında münasibətlər kifayət qədər yaxşıdır. Aydındır ki, biz Ukraynaya silah yardım etmirik ki, bu bir problem halını alsın. Rusiyanın da etirazına səbəb olsun. Göründüyü kimi yardımız elektrik avadanlıqlarından ibarətdir və bundan əvvəl də dərman pereaparatları göndərilib.
Nəticə etibarı ilə humanitar bir yardımdır və bu gün də Ukrayna xalqının ən çox ehtiyacı olan məsələlər budur. Rəsmi Bakı hər zaman haqlı gördüyü tərəfin yanında olub.Beynəlxalq hüququn dəstəkləmədiyi heç nəyi etməyib.
Bu baxımdan da ölkəmizin məsələyə yanaşması obyektiv və konstruktivdir və bunun da Rusiya ilə münasibətlərimizə xüsusi bir gərginliyə səbəb olacağını düşünmürəm.
Fikrimcə, Rusiya ilə müasbətlərimiz soyuqdur və Rusiyanın özü hər Azərbaycana qarşı etdiklərinə görə rəsmi Bakının tələblərini yerinə yetirməyib. Belə olan halda da Azərbaycan 2 qat haqlı olur"- deyə politoloq Turan Rzayev vurğulayıb.
Əntiqə Rəşid
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.