Qaynar xətt:

(+99450) 247 90 86

Musiqi tənqidçisi Azərbaycanın ən zil səsli müğənnilərinin adlarını AÇIQLADI   —  ÖZƏL MÜSAHİBƏ

Musiqi tənqidçisi Azərbaycanın ən zil səsli müğənnilərinin adlarını AÇIQLADI   —  ÖZƏL MÜSAHİBƏ

MÜSAHİBƏ

10623

21.01.2026, 15:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan musiqi mühiti ciddi bir transformasiya dövrünü yaşayır. Bir tərəfdə onilliklərin süzgəcindən keçmiş klassik ənənələr və akademik vokal məktəbi, digər tərəfdə isə rəqəmsal platformaların diktə etdiyi yeni “pop-mədəniyyət” dalğası. Bəs əsl sənətkarı şou-biznes nümayəndəsindən ayıran cizgi haradan keçir? Not bilmədən sənətkar olmaq mümkündürmü? 

Oxu24.com saytının əməkdaşı  tanınmış musiqi tənqidçisi Şahin Hüseynov ilə söhbətində  bu suallara cavab axtarmaqla yanaşı, Flora Kərimovanın fenomenal səs diapazonundan tutmuş, müasir toy platformasının musiqi təhsili roluna qədər ən aktual mövzulara işıq salıb.

 

Müsahibəni sizlərə təqdim edirik:

-Şahin bəy, müasir ifaçılardan kimləri sənətkar adlandırmaq olar?

-Sənətkar öz peşəsini məharətlə icra edəndir  hansı sahədə olur olsun,müasir ifaçılardan hansılarki  toyda tələb olunan mahnıları oxuyub insanları  şənləndirə bilirlərsə, deməli öz işlərinin sənətkarıdırlar,tələb olunan mahnılar bəsitdirsə, hamı oxuya biləcəyi asan mahnılardırsa burda günahı içraçıda yox, sifarişçidə axtarmaq lazımdır.

-Sizcə Xalq artistləri canlı ifa edə bilirmi?

-Biz xalq artistlərinin şedevrlərini fanaqramla eşidib elə də sevmişik,gözəl səsləri və  peşəkar ifaları imkan verməyib ki, bu fanaqramdır ya, canlıdır sualı yarana.Rəşid Behbudov deyirdi,elə mahnı olub ki, 3 ilə alınıb. "Sona bülbüllər" 2 ilə yaranıb.Canlı ifada peşəkarlarda da qəbahətlər ola bilər.

İstər xalq artisti, istər gənc mügənnilərə canlı ifalarda o vaxt qəbahət tutmaq olar ki,səslənmə,unison müşaiət,tanallıq düzğündür və və səs sağlamlığı yerindədir. (səsdə farinqit ,soyuqdəymə yoxdur) Amma müğənni xaric oxuyur,ritmdən çıxır.

-Toy bir məktəbdirmi?

-Toy bir sınaq meydanıdır. Əvvəllər məclislərdə oyun olmayanda, ancaq yemək-içmək olurdu. Qadınlar ayrı, kişilər ayrı olurdu. Onda kişilər məclisdə oynamırdılar. Sanballı mahnılar sifariş edirdilər. Müğənni məcbur olub,  çətin mahnını məktəbdən yəni, hansısa sənətkardan öyrənirdi. 

Bu gün artıq toyda sadə mahnılar oxunulur. Onları öyrənmək üçün heç bir məktəbə ehtiyac yoxdur. Toyun bu gün öz meyarları var. Rəqs edə bilirsən, xarici görkəmi gözəldir, gülməli hərəkətlərlə oynamağa utanmırsan və s. 

“Toy məktəbliyi” ona görə deyilir ki, məsələn, Bakı kəndlərində mahnı kəsilir, deyilir filan mahnını oxu. Sən məcbur o mahnını öyrənməlisən. O səni artıq məktəbə yönəldir. Özü də olur sınaq meydanı.

-Estrada anlayışını necə izah edərdiniz?

-Estrada səhnə deməkdir.Qədimlərdə  səhnə yox idi. Torpaq ,döşəmə üzərində çıxış edirdilər aktyorlar,müğənnilər

Sonralar taxtadan, dəmirdən səhnələr quruldu. Artistlər  yerdən hündür səhnələrdə çıxış etdilər.

-Sizcə, opera sənəti nə ilə fərqlənir və bu janrın ifaçıdan tələbləri nələrdir?

-Opera iş, əsər deməkdir,teatr incəsənətinin bir növüdür. Vakal instrumental janra aiddir.

Operada romanslar,ariyalar,mahnılar səslənir,dram əsərinə  yazılan liberettonun ifası ariya adlanır, müxtəlif ritmlərdə oxunan mahnı mətnlərisə mahnılar,qəzəllərlə oxunan mahnılarsa romanlar adlanır,ariyalarında arietta,ariyoza,kavatina kimi növləri var.

-Estradada kimi lider hesab edirsiniz?

-Estradamızın yəni səhnənəmizin istər müasir istər, klassik ifaçılqda çox sayda liderləri var...Rəşid Behbudov,Müslüm Maqamayev, Şövkət Ələkbərova,Gülağa Məmmədov,Lütfiyar imanov ,Flora Kərimova v.s  kimi müğənnilər səhnəmizin  liderləridir,və sənət yolu seçən gənclər həmisə çalışıblar ki onlar kimi oxusunlar. 

-Vokal nədir? Yaxşı vokal ifanı müəyyən edən əsas xüsusiyyətlər hansılardır?

-Vakal oxumaq deməkdir. Yaxşı  vakalı nümayiş  edən xüsusiyətlər səs tembrlerinin düzgün səslənməsidir.Kisilərdə Tenor,Bariton,Bas ,qadınlarda Sapran,Messo sapran,Konralto. əsas səs koteqoriyaları. kisilərdə Falseto qadınlarda Kalaratura (qadın falseti) köməkci (2 ci dərəcəli) səslərdir.Bu səslər düzgün səslənəndə tembr bizim qulaqlarımzda yaranır.Məsələn Tenor səsin tərifi gümüşü cingiltili səs kimi verilir.

-Ümumiyyətlə, mahnı növləri hansılardır? Estrada, xalq, klassik və müasir mahnılar arasında əsas fərqləri necə izah edərdiniz?

-Musiqidə dünya üzrə 3 janr var..

Vakal - musiqisiz oxumaq 

vakal instrumental -musiqi müşaiəti ilə oxumaq (operada ifa olan romnaslar ariyalar mahnılar , aşıq mahnılar,muğamlar ..100- lərlə növlər var mahnı janrında rep,caz,blyuz,rok..vs

 instrumental - oxumaqsız musiqilər simfoniya,sonata,rəng dəramədlər,balet musiqisi,və.s.

Bunların hamı muzıkalnı estradnı janr adlanır,yəni musiqili səhnə əsərləri.

Klassik mahnılar bizdə əsasən segah və mahur ladlarında və ancaq  zildən oxunan xalq və aşıqsayagı və dövrünün müasiri olan Romanslarda bu gün klassikaya çevrilib,müasir mahnılarsa əsasən bayatı şiraz və Şur ladlarında bəmi orta reqistri və zili olan olan mahnılardır  Bas,Bariton,Tenor səslərə uygun...3 reqistrdə.

-Damla, Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Nəfəs, Kəmalə Günəşli və bu üslubda olan ifaçılar hansı kateqoriyaya aiddir?

-Müğənnilər arasında koteqoriya olmamalıdır,səs gözəlsə, xalq sevirsə,toyda tələb olunan mahnıları oxuya bilirsə ,insanlar rəqs edə bilirlərsə o ifalara ,onları sevənlərin zövqünə görə onlar arzuolunan müğənnilər sırasındadırlar.

Bu tənqidlərdən nəticə çıxardıqca öz üzərində işlədikcə artır peşəkarlıq,təbii ki düzgün müəllimlərlə işləsə,sənət öyrənmək naminə,yox ad olsun ki, flankəsin tələbəsidir  xatirinə  adı öyrənmək olanda ....köhnə hamam köhnə tas məsəli...

-Not bilməyən müğənnilər necə sənətkar adını qazanır?

-Onlar belə sənətkar adı qazanırlar ki, onların içərisində səsi, diapazonu geniş olanlara deyirlər ki,  fərqi yoxdur hardan ifa edirsənsə, et. 

Mahnının zilini bu gün toylarda oxumurlar, bəmini oxuyurlar. Qışqırtılı səs camaata çatdıqda bəs edir. 

Ümumiyyətlə, nota baxıb heç kim mahnı oxumur. Onu “məktəb”dən dinləmə yolu ilə öyrənirlər.

-Azərbaycan estradasında ən zil səsli qadın və kişi müğənnilər kimlərdir?

-Şanson ifaçıları mahnı ifaçılığında böyük oktava, kiçik oktava və birinci oktavanın yarısının sol notuna qədər bəmli-zilli mahnılar oxuyur. Mi, Fa əksəriyyətinin oxuduğu notlardır. 

Mirzə Babayev bəmli-zilli musiqiləri, məsələn,  “Pəncərəmə qondu çiçək”i Re notundan oxuyurdu. Kiçik oktavanın Re notunda bəmini birinci oktavanın Re notunda mahnının zilini oxuyurdu. 

Kiçik oktavanın sol notunda belə hər zil səsli müğənni oxuya bilmir. Onlar üçün o bəm olur. Ona görə də zil səsli müğənnilər kiçik oktavanın sol notundan birinci oktavanın 8-ci pillə Do notuna qədər oxuya bilirlər. 

Bəm səsli müğənnilərdə diapazon daha geniş olur. 

Zil səsli müğənnilər böyük oktavaya düşə bilməzlər. 

Ən zil səsli mahnı ifaçısında, opera müğənnilərində kiçik oktava ilə təmiz oktava olur. 

Kişi müğənnilərdən ən zil səslilər Lütfüyar İmanov, Rəşid Behbudov, Müslüm Maqomayev və  başqalarını göstərə bilərik.

Qadınlardan ən zil səslilərinə isə Flora Kərimovanı nümunə göstərmək olar. Flora Kərimovanın üstünlüyü onun səsinin zilliyində deyil, səsin gözəlliyində, məlahətində, çalarında, dolğunluğunda və gözəl ifadadır.

-Çox sağ olun, Şahin bəy. Musiqi dünyasının sirlərindən özəl məqamları bizlərlə bölüşdüyünüz üçün təşəkkür edirik! 

-Təşəkkür edirəm!

Müsahibəni hazırladı: Çimnaz Telmanqızı

Digər xəbərlər

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

20:28 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

19

0
"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

20:24 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

1

0
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO

20:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO

33

0
medialiteracy-media-gov
"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

20:16 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

27

0
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

20:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

35

0
"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

19:59 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

42

0
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

19:57 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

125

0
YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

19:47 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

64

0
"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

19:39 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

83

0
İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

19:36 / 02 Oktyabr 2026

DÜNYA DÜNYA

İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

75

0
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı

19:29 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı

70

0