Bakıda 12 restoran açan hindistanlı - “Prezident də ailəsi ilə restoranımda qonaq olub”
10 Fevral 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1336
20.01.2026, 19:52
20 Yanvar faciəsini ifadə edən hansı ekran əsəri ictimaiyyətə, xüsusən gənclərə təqdim edilib?
Bu sualımızı tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevə ünvanladıq.
Mövzu ilə bağlı Oxu24.com-a danışan rejissor bildirib ki,20 Yanvar hadisəsi bu günə qədər dərindən öyrənilməyən, tam qiymət verilməyən tarixi hadisədir.
Həmçinin oxuyun
” Bunu da subyektiv və obyektiv səbəbləri var, yəni hadisə siyasi məsələ olduğu üçün qabardılmasına o qədər də geniş meydan verilmirdi. Bunu törədən imperiyanın gücünü itirməmiş caynaqları proseslərin başlanmasını, gedişini ətraflı şəkildə ekranlaşdırmağa imkan vermirdi.
Bir başqa səbəb isə önümüzü Qarabağ problemi kəsmişdi, artıq bu mərhələ bitib. Biz bu haqda çox danışmalıyıq, hadisəyə dəqiq və hər tərəfli qiymət verməliyik. Müasir dövr kino tarixidir, yəni insanlar tarixi daha çox kinodan öyənirlər , biz də 20 Yanvar hadisəsi haqda filmlər çəkməlidir, 20 Yanvar hadisəsinin içində baş verən hadisələrdən 100 - lə filmlər çəkilə bilər. Amma bunun üçün bu günə qədər heç bir əsaslı işlər görülməyib. Demək olar ki , Vahid Naxışın çəkdiyi filmdən başqa bu haqda filmlər çəkilməyib. Bir film ilə bu hadisınə əhatəli təsvir etmək mümkün deyil , bu gün yenə də gec sayılmaz, amma sabahdan 20 Yanvar haqda filmlərin çəkilişinə başlanılmazsa, gec qalacağıq …”-deyə rejissor bildirib
Xatırladaq ki, Vahid Naxışın 20 Yanvar faciəsi ilə bağlı büdcəsi bir milyon manata başa gələn “Qanlı Yanvar” filmi 2015-ci ildə çəkilib. Amma uğur qazanmadı.Çünki, bədii film yayımlanan gündən film ətrafında müxtəlif fikirlər səsləndirilməyə, müzakirələr açılmağa başlanıldı.
Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov film haqqında belə söyləmişdi: “20 Yanvar hadisələrinin 26-cı ildönümündə filmi izləyənlər kəskin etirazlarını bildiriblər. Səbəb isə filmdə yaxın tariximizin təhrif olunması, əliyalın xalqın Sovet qoşunlarına qarşı silahlı mübarizə formasında müqavimət göstərməsi, 13 yaşlı şəhid Larisanın nigahdankənar hamilə qalması və s. kimi məqamlardır.
Qarabağ müharibəsi iştirakçıları, 20 Yanvar şahidləri filmin nümayiş olunmasını azərbaycanlılara qarşı təhqir kimi dəyərləndiriblər”.
Xüsusən “20 Yanvar” hadisələrində şəhid olmuş 13 yaşlı məktəbli Larisa qeyri-rəsmi münasibətdən hamilə qalmış və ruslar tərəfindən zorlanmış gənc xanım olaraq, göstərilməsi, digər süjetlərdə qadınların siqaret çəkmələri, söyüş söymələri, cavanların hadisə öncəsi kef məclisi qurmaları və silahlı təsvir olunmaları insanları özündən çıxartdı. “20 Yanvar” şəhidi olan Larisanın atası Fərman Məmmədov da filmdə qızının namusuna toxunulduğunu və şəhidə layiq olmayan obrazda canlandırıldığını bildirərək, öz narazılığını ictimaiyyətə çatdırdı.
Tamaşaçıların filmə baxdığqdan sonra fikirləri velə oldu:”Vahid Naxış həmin filmlə onlara başa salıb ki, əslində rus ordusu sadəcə Azərbaycanda , Bakıda əxlaqsızlığın, pozgunluğun , özbaşınalığın kökünü qaşımağa gəliblər. 13 yaşlı məktəblini, şəhidi "qeyri-qanun uşaq peydahlamış əxlaqsız " biri kimi göstərən rejissor indiyə qədər niyə cəzalanmayib , bu da ayrı bir söhbətin mövzusudur...
Tamaşaçılar iddialarında "Brest qalası" filminin plagiatı olan, 2012-ci ildə Xocalı hadisələrinə həsr edilərək çəkilmiş "Xoca" filminin necə uğursuzluğa düçar olduğunu, gülüş obyektinə çevrildiyini də vurğulayırdılar.
Qanlı yanvar” filmi ilə bağlı "20 Yanvar" Cəmiyyətinin sədri, hadisələrin canlı şahidi Soltan Əzimov "O filmin 20 Yanvar hadisələrinə heç bir aidiyyatı yoxdur, o film elə Vahid Mustafayevin şəxsi düşüncəsində olan bir filmdir” deyə bildirib: "Vahid Mustafayevin səviyyəsi nə yerdədirsə, o filmin də səviyyəsi o yerdədir. Həmin film milləti təhqir edən, 20 Yanvarı ləkələyən bir filmdir.
Əntiqə Rəşid
07:32 / 10 Fevral 2026
138
02:39 / 10 Fevral 2026
525
01:02 / 10 Fevral 2026
369
00:33 / 10 Fevral 2026
194
00:11 / 10 Fevral 2026
1230
00:09 / 10 Fevral 2026
202
00:05 / 10 Fevral 2026
238
23:55 / 09 Fevral 2026
138
23:55 / 09 Fevral 2026
3667
23:52 / 09 Fevral 2026
209
23:48 / 09 Fevral 2026
883
23:46 / 09 Fevral 2026
97
23:44 / 09 Fevral 2026
117
23:31 / 09 Fevral 2026
851
23:30 / 09 Fevral 2026
279
23:29 / 09 Fevral 2026
261
23:28 / 09 Fevral 2026
100
23:23 / 09 Fevral 2026
94
23:19 / 09 Fevral 2026
393
23:16 / 09 Fevral 2026
1571
23:13 / 09 Fevral 2026
145
23:07 / 09 Fevral 2026
347
23:03 / 09 Fevral 2026
315
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.