Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1385
20.01.2026, 18:59
Siyasi şərhçi:"Trampın Makronu hədələməsinin bir neçə səbəbi var"
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200%-lik rüsum tətbiq etməklə hədələyib. ABŞ prezidenti bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib.
Bu “hədə” iki hegemon dövlət arasında böyük gərginliyə və başqa insidentlərə səbəb ola bilərmi?
Siyasi şərhçi Müşfiq Abdulla Oxu24.com-a bildirib ki, Fransa prezidenti Emmanuel Makron Trampın yeni yaradılmış Sülh Şurasına qoşulmaq təklifini rədd etməyi düşünür.
” Rəsmi Paris hesab edir ki, bu yeni təşkilatın mandatı Qəzzadakı vəziyyəti həll etməkdən kənara çıxır və Fransanın fundamental hesab etdiyi BMT-nin prinsiplərini və institusional arxitekturasını potensial olaraq sarsıda bilər. Lakin hesab edirəm ki, bunlar məsələnin görünən tərəfləridir və son bir ildə, yəni Donald Trampın prezidentliyə başlamasından sonra ABŞ ilə Fransanın maraqları yalnız Qəzzada deyil, bir çox sahələrdə toqquşur",-deyə Müşfiq Abdulla bildirib.
-Məsələn, daha hansı mövzularda ABŞ- Fransa arasında fikirlər haçalaşır?
-İki hegemon dövlət arasında fikir ayrılığı özünü həm Rusiya-Ukrayna münaqişəsinin həllinə münasibətdə, həm Avropada təhlükəsizliyin təminatında, o cümlədən NATO-nun gələcəyinə yanaşmada, eyni zamanda Tramp adminstrasiyasının Avropa İttifaqına tətbiq etdiyi rüsumlarla bağlı məsələlərdə aydın göstərir. Bu baxımdan Vaşinqtonla ilə Avropa arasında artan fikir ayrılığı paralel olaraq, Fransa-ABŞ münasibətlərində də gərginliyin artmasında özünü göstərir. Son zamanlar bu maraqlar toqquşması daha iki regionda kəskin şəkil almaqdadır. Bunlar Qrenlandiya adası və Yaxın Şərqdir. Trampın Qrenlandiyanı ilhaq etmək istəyi Britaniya və Avropa İttifaqının digər ölkələri kimi Fransanı da ciddi narahat edir. Fransa da Britaniya, Almaniya, Danimarka, Polşa kimi Trampın bu istəyini Avropanın işğalı hesab edir. Fransa prezidenti Makronun fikrincə, Qrenlandiyanın işğalı Avropanın təhlükəsizlik siteminə ciddi təhdid törətməklə yanaşı, NATO-nun parçalanmasına yönəlik addımdır. Ona görə də, Fransa prezidenti ABŞ-a müqavimət göstərmək üçün avropalı müttəfiqləri ilə birlikdə Qrenlandiyaya qoşun çıxarmağı təklif edir.
-Fikrimcə, ABŞ üçün hazırda ən həssas məsələ Qəzzadır…
-Bəli, ABŞ ilə Fransa arasında geosiyasi ziddiyyətlərin müşahidə olunduğu digər region Qəzza zolağıdır. Trampın liderliyi ilə yaradılacaq Sülh Şurasında idarəçilik rəsmən ABŞ prezidentinin əlində olacaq. Quruma müxtəlif dövlət başçıları, o cümlədən Fransa prezidenti təklif olunsa da bölgəyə nəzarət ABŞ-yə keçir. Bu isə görünür, Fransanı qane etmədiyindən prezident Makron təklifi rədd edib. Uzun illər Suriyada, Livanda, Fələstində və Şimali Afrikadakı geosiyasi proseslərə ciddi təsir imkanlarına malik olan Fransa artıq öz mövqelərini sürətlə itirir.
-Fransanın bu duruma düşməsinə səbəb nədir?
-Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra Fransa bu ölkəyə ordu yerləşdirən İran rejimi və onun proksi qüvvələri vasitəsilə bölgəyə nəzarəti əlində saxlaya bilirdi. Lakin 2024-2025-ci illərdə İranın Yaxın Şərqdən sıxışdırılıb çıxarılması, “Həmas”ın, “Hizbullah”ın məğlub edilməsi, Suriyada hakimiyyət dəyişikliyi Fransanın mövqelərini itirməsinə gətirib çıxartdı. Fransanın daha bir dayaq nöqtəsi olan PKK/YPG terror təşkilatının 2017-ci ildən başlayaraq Suriyada indi də davam edən sıradan çıxarılması prosesi Parisin regiona təsir imkanlarını tükədib. Xüsusilə də, İsrailin Suriyada və Livanda İranın Qüds Qüvvələrinə və “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlarda Fransa kəşfiyyatını təxribatda ittiham etməsi həmin qüvvələrin arxasında Parisin rolunu aydfın göstərir. Hazırda Yaxın Şərqdə qüvvələr balansının dəyişməsi Fransanı “oyun”dan kənar vəziyyətı salıb. Prezident Makronun da Sülh Şurasına etirazı əslində, bununla bağlıdır. Lakin hesab edirəm ki, Donald Trampın Fransaya 200 faizlik tarif tətbiq etmək hədəsi Qəzza məsələsi ilə yanaşı, həm də Qrenlandiyanın ilhaqına etiraz edən Parisə bir təzyiq vasitəsidir. Fikrimcə, bu məsələlərdə Fransa Tramp adminstrasiyası ilə sona qədər qarşıdurmaya getməməyə üstünlük verəcək.
-Hörmətli Müşfiq müəllim, əhatəli şərhə görə təşəkkür edirik.
Müsahibəni apardı:Əntiqə Rəşid
00:06 / 12 May 2026
1
23:58 / 11 May 2026
97
23:54 / 11 May 2026
153
23:45 / 11 May 2026
156
23:43 / 11 May 2026
36
23:40 / 11 May 2026
37
23:32 / 11 May 2026
41
23:24 / 11 May 2026
52
23:17 / 11 May 2026
708
23:15 / 11 May 2026
130
23:14 / 11 May 2026
4173
23:11 / 11 May 2026
116
23:10 / 11 May 2026
60
23:06 / 11 May 2026
56
22:59 / 11 May 2026
227
22:59 / 11 May 2026
47
22:44 / 11 May 2026
367
22:43 / 11 May 2026
11760
22:34 / 11 May 2026
226
22:29 / 11 May 2026
222
22:23 / 11 May 2026
489
22:17 / 11 May 2026
65
21:48 / 11 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.