Ağdaban Soyqırımı: Mədəniyyətimizə və Tariximizə Qarşı Yönəlmiş Qanlı Cinayət
08 Aprel 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
588
20.01.2026, 15:34
"1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən ağır, həm də ən şərəfli səhifələrdən biridir. Bu gün – Qanlı Yanvarın 36-cı ildönümündə xalqımız yalnız böyük bir faciəni deyil, eyni zamanda azadlıq, milli ləyaqət və müstəqillik uğrunda göstərilən misilsiz qəhrəmanlığı ehtiramla xatırlayır. 20 Yanvar hadisələri təkcə günahsız insanların kütləvi qətli deyil, bütöv bir xalqa qarşı törədilmiş öncədən planlaşdırılmış, insanlıq əleyhinə ağır cinayət idi".
Bu fikirləri Oxu24.com-a açıqlamasında millət vəkili Elnarə Akimova bildirib.
"Əlbəttə ki, bu faciəyə aparan yol 1987-ci ildən – azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı dövrdən başlamışdı. Artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı zorakılıq yolunu seçdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun böyük hərbi kontingenti Bakıya və respublikanın bir sıra rayonlarına yeridildi. Ağır texnika, tanklar, zirehli maşınlar və dənizdən çıxarılan desant qüvvələri dinc əhaliyə qarşı istifadə olundu.Qadın, uşaq, qoca demədən günahsız insanlar gülləbaran edildi. Bu, sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi açıq hərbi təcavüz idi",-deyə millət vəkili bildirib.
Elnarə Akimova 20 Yanvar hadisələrinin xalqımızın gələcək taleyində oynadığı roldan da bəhs edib.
Həmçinin oxuyun
"Nəticədə, 20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və mənəvi dayaqlarını tam sarsıtdı. Xalqın mövcud rejimə və Sov.İKP-yə nifrəti ən yüksək həddə çatdı, insanlar kütləvi şəkildə partiya sıralarını tərk etdilər. Eyni zamanda, faciədən sonra bəzi siyasi qüvvələrin xalqın qanı üzərindən siyasi divident qazanmaq niyyətləri də ifşa olundu. Hadisələrə siyasi qiymət verilməsi tələbi ilə çıxış edənlər sonradan hakimiyyətdə olduqları dövrdə bu məsuliyyətdən yayındılar.
20 Yanvar faciəsinə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, baş verənləri hüquqa, demokratiyaya və humanizmə zidd ağır cinayət adlandırdı. Kremlin informasiya blokadasına baxmayaraq, bu mövqe bütün dünyada geniş əks-səda doğurdu və Azərbaycan xalqının qəlbində ümid işığı yandırdı.
Aradan keçən son 36 il ərzində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atıldı.
Bu gün Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi uca tutulur. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi məşəl” memorial kompleksi, 20 Yanvar şəhidlərinə verilən fəxri ad, hər il yanvarın 20-nin ümumxalq hüzn günü kimi qeyd olunması dövlətin və xalqın bu müqəddəs xatirəyə ehtiramının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün güclü sosial müdafiə sistemi formalaşdırılıb, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
20 Yanvar faciəsi Azərbaycan xalqı üçün yalnız böyük bir kədər deyil. Bu tarix eyni zamanda milli ləyaqətin, birliyin və azadlıq iradəsinin təntənəsidir. Məhz həmin gün Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi və geri dönməz azadlıq yoluna qədəm qoydu. Bu gün müstəqil, suveren Azərbaycan dövləti, azad edilmiş torpaqlarda dalğalanan üçrəngli Bayraq, bərpa olunan Qarabağ və Şərqi Zəngəzur 20 Yanvar şəhidlərinin qanı ilə yazılan tarixin məntiqi davamıdır",-deyə millət vəkili bildirib.
Turan Etibaroğlu
13:04 / 11 Aprel 2026
15
12:43 / 11 Aprel 2026
656
10:58 / 11 Aprel 2026
52
10:57 / 11 Aprel 2026
56
10:26 / 11 Aprel 2026
58
10:25 / 11 Aprel 2026
68
10:23 / 11 Aprel 2026
62
00:32 / 11 Aprel 2026
247
00:13 / 11 Aprel 2026
150
23:52 / 10 Aprel 2026
241
23:38 / 10 Aprel 2026
123
23:19 / 10 Aprel 2026
129
23:05 / 10 Aprel 2026
194
22:51 / 10 Aprel 2026
285
22:45 / 10 Aprel 2026
196
22:11 / 10 Aprel 2026
135
22:07 / 10 Aprel 2026
269
21:48 / 10 Aprel 2026
198
21:29 / 10 Aprel 2026
692
21:19 / 10 Aprel 2026
211
20:55 / 10 Aprel 2026
313
20:53 / 10 Aprel 2026
160
20:47 / 10 Aprel 2026
871
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.