“20 Yanvar həm faciə, həm də milli istiqlaliyyət yolunda xalqımızın qətiyyətli mübarizəsinin simvoludur” – Millət vəkili
19 Yanvar 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
281
19.01.2026, 21:50
Azərbaycanın ən hüznlü və ən qürurverici günü olan faciəsinin ildönümüdür! Xalqımız düşmənin ən ağır silahlarına, güllə və mərmiərinə tuş gəlsə də, öz müstəqilliyini, uğrunda ölümün gözünün içinə dik bağdığı azadlığını qazandı.
Bu yolda yüzlərlə soydaşımız öz canına qıydı. Bu gün onlardan biri haqqında sizə məlumat verəcəyik.
Oxu24.com-un əməkdaşı faciə zamanı mənfur rus cəlladlarının hücumu zamanı ağır dərəcəli xəsarət alan və 23 yaşından bu günə qədər əlil olaraq yarımcan həyat yaşamaq məcburiyyətində qalan Valeh Hüseynovla söhbətləşib.
O bizə yaxından tanımadığımız, məşhur olmayan bir şəhid gəncdən danışır:
-Elçin Hacı Beydulla oğlu İmanovu İnstituta daxil olduğum vaxtdan tanıyırdım. Oda mənim kimi N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsində oxuyurdu. Amma məndən 2 kurs yuxarı idi. Elə bir mitinq, nümayiş yox idi ki, Elçin orda iştirak etməsin.
Onun "Topxana meşəsinin qırılması" ilə bağlı mitinqdə meşəni qıranlara, Qarabağı tələb edən şovinist , separatçı qüvvələrə nifrətini hayqırtısından bilmək olardı. Seyriçi deyildi, sanki mitinqi özü təşkil etmiş kimi öndə dayanardı, ağır şüar və plakatların daşınmasında yorulana qədər onu heç kimə verməzdi. Elə bil azadlığın təşnəsiydi. Mitinqlərdə ara sakitləşəndə, çay -su içilən vaxtlarda dodağının altında Xəlil Rza Ulutürkün şeirini asta-asta söyləyərdi. Özü üçün! Sanki içindəki istəyini biruzə verirdi.
19 yanvarda, mən yaralandım, ayağa qalxa bilməsəm də , İnqilab küçəsində düzəltdiyimiz barrikadanın meydanını diqqətlə izləyirdim. Qadınlar uşaqlar, tankların atəşi altında çaşıb qalanda, ora - bura vurnuxanda, Elçin tanklara qarşı çıxmağa çalışırdı. Təkcə onu görə bildim ki, hamının əqidəsinə, iradəsinə görə hörmət bəslədiyi Elçini düşmən gülləsi yerə yıxdı. Mən isə sonradan tapılıb təcili yardımla xəstəxanaya aparıldım, oradan da "morq"a yerləşdirildim. Tələbə yoldaşlarım gəlib məni morqdan çıxartmış, hələ nəfəsimin var olduğunu görüb həkimlərə təhvil vermişdilər. 7 gün komada qalandan sonra ayıldım. Ayılanda ilk eşitdiyim xəbər Elçinin ürəyindən güllə ilə vurulmasını və yerindəcə şəhid olduğu idi. Bu mənim qəsbkarlara qarşı olan nifrətimi daha da artırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin...
Həmçinin oxuyun
Xatırladaq ki, Elçin İmanov 1967-ci il avqust ayının 12-də Əli Bayramlı (indiki Şirvan ) şəhərində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illəri həmin şəhərdə keçib. Orta məktəbi bitirdiyi il, yəni, 1984-cü ildə N.Nərimanov adma Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub. Elə həmin ildə ailəsi ilə birlikdə ata-baba yurdu Salyan şəhərinə köçüblər.
Elçin təhsilini Bakıda davam etdirib.
Doğmaları bildirir ki, Elçin daim həkim olmaq, xəstələrə şəfa vermək arzusu ilə yaşayıb.
Qardaşı Fuad İmanov isə Elçin haqqında xatirələrini belə şərh edib: Qış sessiyası idi. Elçin yanvarın 19-da növbəti imtahandan "əla" qiymət almışdı. Kefi yaxşı idi. Lakin baş verən hadisələr, bütün tələbələr kimi, onu da narahat edirdi. Söz-söhbət gəzirdi ki, rus qoşunları şəhərə girəcək. Ehtimallar düz çıxdı. Axşamüstü tələbə gənclər televizorun qarşısında oturub hadisələrin gedişini izləyirdilər. Birdən-birə televizor söndü. Elçin mənimlə və bir çox tələbələrlə birlikdə həmin gecə də tələbə dostları arasında idik. Yataqxananın həyətində isə bir neçə avtobus dayanmışdı. Gecənin bağrını dəlib keçən güllələrdən biri də Elçin İmanova tuş gəldi.
Qardaşı Fuad onu da vurğulayıb ki, tələbə dostları Səlim, Cavid, Əlipaşa onu təcili yardım maşını ilə 4 saylı xəstəxanaya çatdırsalar da, həkimlər gənci xilas edə bilmədilər. Elçin 20 Yanvar gecəsi saat 12 radələrində aldığı güllə yarasından keçindi. Qardaşı, tələbə dostları gecə vaxtı çətinliklə də olsa, onu Salyana gətirdilər. Səhəri gün bütün Salyan camaatı yığışaraq şəhid Elçin İmanovu son mənzilə yola saldı.
Elçin ömrünün 23-cü baharını görmədi. Ancaq bu nakam ölümüylə gələcək tariximizə yaddaş oldu. İndi Salyan qəbristanlığında ziyarətgaha çevrilmiş Elçin türbəsi atası tərəfindən ucaldılıb.
Ölümündən sonra Elçin İmanov "Azərbaycanın azadlığı uğrunda mübariz" fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı ilə ona "20 Yanvar şəhidi" fəxri adı verildi. Salyan şəhərindəki yaşadığı küçəyə onun adı verilib.
Əntiqə Rəşid
23:47 / 19 Yanvar 2026
1
23:47 / 19 Yanvar 2026
9
23:45 / 19 Yanvar 2026
8
23:39 / 19 Yanvar 2026
123
23:06 / 19 Yanvar 2026
40
22:59 / 19 Yanvar 2026
33
22:57 / 19 Yanvar 2026
34
22:55 / 19 Yanvar 2026
31
22:39 / 19 Yanvar 2026
55
22:30 / 19 Yanvar 2026
157
22:23 / 19 Yanvar 2026
59
22:19 / 19 Yanvar 2026
77
22:08 / 19 Yanvar 2026
2452
22:00 / 19 Yanvar 2026
43
21:47 / 19 Yanvar 2026
43
21:44 / 19 Yanvar 2026
52
21:36 / 19 Yanvar 2026
67
21:26 / 19 Yanvar 2026
70
21:18 / 19 Yanvar 2026
56
20:57 / 19 Yanvar 2026
1631
20:51 / 19 Yanvar 2026
721
20:44 / 19 Yanvar 2026
114
20:36 / 19 Yanvar 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.