“Mənə lazım deyil deyə bilməzsiniz, mən tamaşaçıya lazımam” İllər sonra vətənə qayıdan aktrisa
01 İyul 2026, 16:32
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1012
15.01.2026, 18:27
Hazırda bütün dünyanın diqqəti İranda baş verən hadisələrə yönəlib.ABŞ-nin də aktiv şəkildə dəstəklədiyi proseslər yeni mərhələyə qədəm qoyur.
İranda baş verənlərin regiona necə təsir edəcək?
– Bu ssenari hansı nəticələrə yol aça bilər?
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Turan Rzayev bildirib ki,belə bir vəziyyətdə silahlı toqquşmaların baş verməsi, Güney Azərbaycanın müstəqilliyini elan etməsi gündəmə gələ bilər.
"Mənim qənaətimə görə, Güney Azərbaycan ya öz müqəddəratını təyin etməyə çalışacaq, ya da baş verən inqilaba əks-inqilabla cavab verəcək.
Təhlillərim göstərir ki, İsrail təkcə İranın rejim dəyişikliyində deyil, eyni zamanda ölkənin parçalanmasında da maraqlıdır. Bu məqsədlə əvvəlcə Pəhləvilərin hakimiyyətə gətirilməsi, daha sonra isə qeyri-fars etnik qrupların narazılıqlarından istifadə edərək parçalanma prosesinin təşviq olunması istisna edilmir. Bu proseslərin əsasən Güney Azərbaycan və Kürdüstan bölgələrində baş verəcəyi ehtimal olunur. Tarixdə – Pişəvəri və Mahabad dövrlərində – bunun analoqları mövcud olub",-deyə politoloq qeyd edib.
– Belə bir ssenari Azərbaycan üçün hansı riskləri yarada bilər?
"Əgər İran daxilində vətəndaş müharibəsi baş verərsə və ya Güney Azərbaycanın müstəqillik hərəkatı silahlı mərhələyə keçərsə, bu vəziyyət Azərbaycan üçün ciddi miqrasiya təhlükəsizliyi problemi yarada bilər.
Hazırda Azərbaycan rəsmi şəkildə İrandakı proseslərə müdaxilə etmir və etməsi də real görünmür. Rəsmi Bakı məsələyə İranın daxili işi və ərazi bütövlüyü çərçivəsində yanaşır. Azərbaycanın açıq mövqe bildirməsi üçün soydaşlarımızın həyatını itirdiyi ciddi qarşıdurmaların baş verməsi lazımdır ki, bu da hələlik müşahidə olunmur",-deyə Turan Rzayev bildirib.
Toqquşmalar baş verərsə, Bakı hansı addımları ata bilər?
"Əgər Tehranla Təbriz arasında silahlı toqquşmalar başlarsa, bu artıq faktiki olaraq Azərbaycan və Türkiyəni miqrant axını ilə üz-üzə qoya bilər. İlkin dalğanın öhdəsindən müəyyən qədər gəlmək mümkün olsa da, bunun ciddi iqtisadi fəsadları ola bilər. Xüsusilə işsizlik və sosial yüklənmə problemləri yarana bilər. 1990-cı illərdə Qarabağdan və Qərbi Azərbaycandan köçkünlərin gəlişindən sonra yaranan iqtisadi çətinliklər buna nümunədir.
Azərbaycanın İrandan mümkün miqrant axınını uzunmüddətli şəkildə qaldıracaq gücü yoxdur. Bu halda sərhədlərin bağlanması, diplomatik nota ilə mövqenin ifadə olunması və ya miqrant axınının Türkiyə istiqamətinə yönləndirilməsi kimi variantlar gündəmə gələ bilər. Hər bir halda, silahlı qarşıdurma olacağı təqdirdə miqrant axını qaçılmazdır",-deyə politoloq qeyd edib.
Hazırladı: Turan Etibaroğlu
12:05 / 01 Avqust 2026
54
12:01 / 01 Avqust 2026
105
11:59 / 01 Avqust 2026
24
11:58 / 01 Avqust 2026
34
11:37 / 01 Avqust 2026
51
11:30 / 01 Avqust 2026
54
11:16 / 01 Avqust 2026
55
11:13 / 01 Avqust 2026
52
10:55 / 01 Avqust 2026
59
10:30 / 01 Avqust 2026
60
10:05 / 01 Avqust 2026
58
10:01 / 01 Avqust 2026
72
09:45 / 01 Avqust 2026
66
09:30 / 01 Avqust 2026
78
09:06 / 01 Avqust 2026
73
09:03 / 01 Avqust 2026
86
09:01 / 01 Avqust 2026
83
08:59 / 01 Avqust 2026
99
23:59 / 31 İyul 2026
137
23:36 / 31 İyul 2026
155
23:10 / 31 İyul 2026
149
22:45 / 31 İyul 2026
174
22:32 / 31 İyul 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.