Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video
25 İyul 2025, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86“Bəzi televiziya kanalları milli ideologiyaya və ailə dəyərlərinə zidd məzmun yayır" — Millət vəkili Ceyhun Məmmədovla MÜSAHİBƏ
MÜSAHİBƏ
8113
16.05.2025, 18:05
Günümüzdə informasiya bolluğunun, qlobal təsirlərin və sürətlə dəyişən dəyərlərin əsasında milli ideoloji xəttin qorunması, ailə institutunun möhkəmləndirilməsi, dini maariflənmənin düzgün istiqamətləndirilməsi və tolerantlıq prinsiplərinin yaşadılması xüsusi əhəmiyyət daşıyır. Dövlətimiz bu istiqamətdə strateji və ardıcıl siyasət həyata keçirir. Lakin bu siyasətin effektivliyi, onun ictimai şüura düzgün inteqrasiyası və gələcək nəsillərə ötürülməsi üçün, davamlı olaraq intellektual müzakirələrə, ictimai dialoqa ehtiyac var.
Biz də Oxu24.com olaraq, cəmiyyətin ideoloji, mənəvi və sosial sütunlarını əhatə edən məsələləri Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla müzakirə etdik. Millət vəkili ilə söhbətimiz zamanı Azərbaycan cəmiyyətinin mənəvi inkişafı, ailə modeli, dini təhlükəsizlik, media təsiri və multikultural dəyərlərin qorunması kimi önəmli mövzulardan danışdıq.
Həmin müsahibəni təqdim edirik:
– Ceyhun müəllim, bu gün Azərbaycanın milli ideoloji xətti hansı prinsiplər əsasında formalaşır? Sizcə, bu ideologiyanın gələcəyə hesablanmış əsas dayaqları nələr olmalıdır?
– Azərbaycanın milli ideoloji xətti, əsasən, azərbaycançılıq, türkçülük və islam prinsipləri əsasında formalaşır. Bu prinsiplər sadəcə söz və şüarlarla yox, həm də rəmzlərlə – məsələn, bayrağımızın üçrəngli simvolikasında da öz əksini tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını miras alan müstəqil dövlətimiz həmin prinsipləri bu günə daşıyaraq müasir ideologiyamızın təməlini formalaşdırmışdır. Gələcəkdə bu ideoloji xətti daha da gücləndirmək və onu informasiya müharibələrindən qorumaq üçün strateji addımların atılması vacibdir. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik.
– Azərbaycan tolerantlıq və multikulturalizm modeli ilə dünyaya nümunə göstərilir. Bu modelin qorunması və inkişafı istiqamətində hansı addımlar atılmalıdır? Sizcə, bu sahədə qarşıya çıxan əsas çətinliklər hansılardır?
– Qeyd etdiyiniz kimi, bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm dəyərlərinin uğurla tətbiq olunduğu nümunəvi ölkələrdən biridir. Təsadüfü deyil ki, bütün dünya Azərbaycanın bu böyük uğurundan danışır.
Təbii ki, bu model təsadüfi şəkildə deyil, dövlətin məqsədyönlü siyasəti və tarixi ənənələrin vəhdəti sayəsində formalaşıb. Hal-hazırda ciddi bir təhlükə müşahidə olunmasa da, biz bu dəyərləri gələcək nəsillərə ötürmək və xarici təsirlərdən qorumaq üçün davamlı tədbirlər həyata keçirməliyik. Xüsusilə təhsil və media vasitəsilə bu dəyərlərin təbliği vacibdir.
– Parlament üzvü kimi medianın, xüsusilə də televiziyalarda yayımlanan proqramların cəmiyyətin şüuruna və ictimai dəyərlərə təsirini necə qiymətləndirirsiniz? Sizi bir vətəndaş kimi hazırkı televiziya məzmunu nə dərəcədə qane edir?
– Media ictimai şüurun formalaşmasında ən güclü vasitələrdən biridir. Təəssüflə qeyd etməliyəm ki, bəzi televiziya kanalları milli ideoloji xəttə zidd olan, ailə dəyərlərini gözdən salan məzmunlar təqdim edir. Bu tendensiya gələcək üçün təhlükəli siqnaldır. Media siyasəti daha məsuliyyətli və dəyərlərə söykənən əsasda qurulmalıdır.
Milli-mənəvi dəyərlərimizin təbliğində medianın rolu gücləndirilməlidir. Media bu dəyərlərin qorunmasına xidmət etməlidir.
– Ailə institutunun möhkəmləndirilməsi bu gün cəmiyyətin əsas prioritetlərindən biridir. Xüsusilə gənc ailələrin sosial və mənəvi baxımdan dəstəklənməsi üçün hansı islahatlar və mexanizmlər zəruri sayılır?
– Ailə cəmiyyətin əsas sütunudur. Onun möhkəmliyi bütöv bir toplumun sabitliyinə və inkişafına təsir edir. Gənc ailələrin həm sosial, həm də mənəvi baxımdan dəstəklənməsi vacib məsələlərdəndir. Bu istiqamətdə maarifləndirmə işləri və milli-mənəvi dəyərlərin təbliği gücləndirilməlidir. Dövlətin ailə siyasəti və sosial proqramlarla yanaşı, ictimai təşəbbüslər də bu dəyərlərin qorunmasında mühüm rol oynamalıdır. Ailə dəyərləri mütləq şəkildə qorunmalıdır.
– Müasir dövrdə dəyişən dəyərlər əsasında bəzi ailələrdə ailə ilə gənclər arasında müəyyən fikir ayrılıqları yaranır. Sizcə, bu nəsillərarası anlaşılmazlıqları aradan qaldırmaq və sağlam ünsiyyət mühiti formalaşdırmaq üçün hansı addımlar atılmalıdır?
– Nəsillərarası fikir ayrılıqları təbii bir prosesdir. Tarix boyu bu belə olub. Lakin bu fərqliliklər ideoloji boşluqla dərinləşdikdə problemə çevrilir. Biz bu boşluğu milli ideyalar, mənəvi dəyərlər və milli-mədəni irs əsasında düzgün təbliğatla doldurmalıyıq. Bunun üçün ailə, təhsil və media üçbucağında sıx koordinasiyalı iş aparılmalıdır.
– Müasir informasiya dövründə cəmiyyət müxtəlif yanlış dini təsirlərlə qarşılaşa bilər. Belə təsirlərin qarşısını almaq üçün hansı müdafiə mexanizmləri və maarifləndirici tədbirlər vacibdir?
Həmçinin oxuyun
– Yanlış dini təsirlərin qarşısını almağın ən səmərəli yolu düzgün və sistemli maarifləndirmədir. İnsanlara dini biliklər elmi əsaslarla, peşəkar mütəxəssislər tərəfindən çatdırılmalıdır. Eyni zamanda, radikalizmin qarşısını almaq üçün informasiya təhlükəsizliyi tədbirləri də nəzərə alınmalıdır.
– Sizcə, cəmiyyətin mənəvi inkişafı ilə iqtisadi inkişafı arasında hansı qarşılıqlı əlaqə mövcuddur? Bu iki istiqamətdən birində zəiflik digərinə necə təsir göstərə bilər?
– İqtisadi inkişaf mühüm göstəricidir, lakin cəmiyyətin mənəvi inkişafı ilə uzlaşmadıqda bu, müəyyən boşluqlara səbəb olur. Hazırda Azərbaycanda iqtisadi göstəricilər kifayət qədər müsbətdir, amma ictimai şüurun bəzi aspektlərində mənəvi aşınma müşahidə olunur. Bu ziddiyyət gələcəkdə sosial problemlərə yol aça bilər. Ona görə də iqtisadi tərəqqi ilə yanaşı mənəvi tərəqqi də paralel inkişaf etdirilməlidir.
– Azərbaycanda aparılan dövlət-din siyasətində təhsil, media və ailə institutunun rolu xüsusi əhəmiyyət daşıyır. Bu sahələrin bir-biri ilə koordinasiyalı fəaliyyəti necə təmin olunmalıdır?
– Dövlət-din siyasətinin uğuru təhsil, media və ailə institutlarının birgə fəaliyyətindən asılıdır. Bu sahələrin hər biri öz funksiyasını uğurla icra etdikdə cəmiyyətdə sağlam dini mühit formalaşır. Təhsildə maarifləndirici yanaşmalar, mediada balanslı və cəmiyyətə faydalı məzmun, ailədə isə övladlara düzgün tərbiyə – bu üç sahə koordinasiyalı şəkildə işlədikdə real nəticələr əldə etmək mümkündür.
– Ölkəmizdə dini dözümlülük və multikultural dəyərlər uğurla tətbiq olunur. Bu modelin gələcək nəsillərə düzgün şəkildə ötürülməsi üçün hansı strateji yanaşmalara ehtiyac var?
– Multikultural və tolerant dəyərlər bizim cəmiyyətin tarixi və siyasi kimliyinin ayrılmaz hissəsidir. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün ideoloji iş sistemli və davamlı şəkildə aparılmalıdır. Təəssüf ki, bəzi hallarda gənclər zərərli təsirlərin hədəfinə çevrilir. Bu səbəbdən, informasiya təhlükəsizliyi, təhsildə ideoloji sabitlik və sosial şəbəkələrə nəzarət daha da gücləndirilməlidir. Biz qalib xalqıq və bu qələbənin əbədi olması üçün həm mənəvi, həm də ideoloji cəbhədə güclü olmalıyıq.
– Ceyhun müəllim, əhatəli və dolğun cavablarınıza görə təşəkkür edirəm.
– Buyurun, mən təşəkkür edirəm.
Qeyd edək ki,Oxu24.com bundan öncə millət vəkili Vüqar Bayramovla müsahibəni təqdim etmişdi.
Müsahibəni apardı: Pərvin Şakirqızı
16:38 / 03 Avqust 2025
Kadırov oğluna uduzdu - VİDEO
14
16:18 / 03 Avqust 2025
“Sea Breeze”dəki kazinoya onlar buraxılmayacaq! - Ağalarov açıqladı
31
14:27 / 03 Avqust 2025
Elçin Əfəndiyev dünyasını dəyişdi
38
13:19 / 03 Avqust 2025
Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət - VİDEO
56
12:55 / 03 Avqust 2025
Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI - VİDEO
69
12:25 / 03 Avqust 2025
Messi zədələndi
47
12:01 / 03 Avqust 2025
Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?
53
11:01 / 03 Avqust 2025
Rusiyada sunami xəbərdarlığı edildi
174
10:02 / 03 Avqust 2025
Şəhid atası vəfat etdi
73
23:40 / 02 Avqust 2025
21 yaşlı qızı maşın vurub öldürdü
97
23:22 / 02 Avqust 2025
Bu saatlarda qarpız yemək olmaz
127
23:03 / 02 Avqust 2025
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"
116
21:45 / 02 Avqust 2025
Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü - FOTO
109
20:08 / 02 Avqust 2025
“Formula 1”ə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib - FOTO
111
19:20 / 02 Avqust 2025
ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı
107
19:03 / 02 Avqust 2025
Kür çayında 16 yaşlı yeniyetmə boğuldu
116
18:43 / 02 Avqust 2025
Cəlilabadda ağır qəzada ölən müəllim imiş - FOTO
147
18:00 / 02 Avqust 2025
Sexdə faciə - Təkər partladı, öldü - VİDEO
120
17:32 / 02 Avqust 2025
Azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü
264
16:55 / 02 Avqust 2025
Tramp: “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır”
123
15:26 / 02 Avqust 2025
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTO
111
12:11 / 02 Avqust 2025
Hava necə olacaq?
177
12:07 / 02 Avqust 2025
Sürücü sükan arxasında öldü, maşın qəzaya düşdü - Foto
216
11:53 / 02 Avqust 2025
Aktrisamız VƏFAT ETDİ
2492
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.