“Mənə kazino üçün icazə yox, söz verilsə idi…” — Hacı İbrahimdən SENSASİON AÇIQLAMA
09 İyul 2025, 08:16
Qaynar xətt:
(+99450) 247 90 86Milli təhlükəsizlikdən qlobal siyasətə: Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı - MÜSAHİBƏ
MÜSAHİBƏ
7938
08.05.2025, 18:18
Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni reallıqlar yaratdı. Azad edilmiş ərazilərdə sabitliyin təmin olunması, Şərqi Zəngəzurda strateji layihələrin həyata keçirilməsi və Ermənistanın təxribatçı fəaliyyətlərinə qarşı mübarizə ölkənin gələcək təhlükəsizlik prioritetlərinin müəyyənləşməsində mühüm rol oynayır. Bu dövr, yalnız ərazilərin bərpası və inkişafı ilə deyil, eyni zamanda Azərbaycanın regional və qlobal təhlükəsizlik siyasətində yeni yanaşmaların tətbiqi ilə də diqqət çəkir.
Bu istiqamətdəki addımları və strateji yanaşmaları daha dərindən öyrənmək məqsədilə Oxu24.com saytının əməkdaşı Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev ilə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
– Postmüharibə dövründə Azərbaycanın təhlükəsizlik prioritetləri nələrdir?
– Azərbaycanın təhlükəsizlik prioritetləri daim eyni strateji xətt üzrə formalaşıb: suverenliyin qorunması, ərazi bütövlüyünün təmin olunması, sərhədlərimizin mühafizəsi və regionda davamlı sülhün bərqərar olunması. Eyni zamanda, dövlətimizin müstəqil daxili və xarici siyasət yürütməsi də bu prioritetlərin ayrılmaz hissəsidir. Daxili siyasətin əsas istiqaməti isə xalqımızın rifahının təmin olunmasıdır. Bunun üçün ölkə daxilində sabitlik möhkəmləndirilməli, hər bir potensial təhdidə qarşı çevik və effektiv təhlükəsizlik sistemləri formalaşdırılmalıdır. Bu yanaşma Azərbaycanın milli maraqlarının müdafiəsində əsas xəttdir.
– Azad olunmuş ərazilərdə sabitlik hansı mexanizmlərlə təmin olunur?
– İşğaldan azad edilən ərazilərdə sabitliyin təmin olunması dövlətimizin başlıca vəzifələrindəndir. Bu məqsədlə, hərbi təhlükəsizlik baxımından xüsusi təyinatlı və komando tipli qoşun birləşmələri yaradılıb, ordu quruculuğu yüksək səviyyəyə çatdırılıb. Ən mühüm məsələlərdən biri isə minalardan və partlamamış döyüş sursatlarından ərazilərin təmizlənməsidir ki, bu da olduqca mürəkkəb və təhlükəli prosesdir. Paralel olaraq, mərhələli şəkildə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşlarımızın doğma torpaqlarına köçü həyata keçirilir. Bütün bu tədbirlər həm təhlükəsizliyin, həm də sosial-iqtisadi sabitliyin təmininə xidmət edir.
– Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və təhlükəsizlik layihələri regionun strateji əhəmiyyətini necə artırır?
– Şərqi Zəngəzurda icra edilən infrastruktur layihələri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirir. Regionun bərpası və inkişafı çərçivəsində nəqliyyat, rabitə, kənd təsərrüfatı və enerji sahələrində atılan addımlar təkcə daxili iqtisadiyyatımızı stimullaşdırmır, eyni zamanda xarici sərmayədarların da diqqətini cəlb edir. Bu layihələr Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını artırmaqla, ölkəmizi strateji tranzit mərkəzlərindən birinə çevirir.
– Ermənistanın təxribatçı fəaliyyətləri fonunda Azərbaycanın müstəqil xarici siyasətinin davamlılığı necə təmin olunur?
– Azərbaycanın xarici siyasəti milli maraqlar üzərində qurulub və müstəqil xətt üzrə inkişaf edir. Əsas məqsədimiz Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. 44 günlük Vətən müharibəsindən dərhal sonra ölkəmiz 3+3 formatında əməkdaşlıq platforması təklif etdi. Bu, regionda dayanıqlı sülhün qurulmasına, dövlətlərin suverenliyinə hörmətə və beynəlxalq hüququn işləməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş ölkələrdən biri olaraq öz mövqeyini qoruyub saxlayır. Bu baxımdan, iqtisadi və enerji suverenliyimiz xarici siyasətimizin dayaqlarındandır.
– Qlobal gərginlik fonunda Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsipləri nələrdir?
Həmçinin oxuyun
– Müasir dövrdə təhlükələr təkcə hərbi müstəvidə deyil, həm də informasiya, iqtisadi və ideoloji sahələrdə baş verir. Azərbaycanın təhlükəsizlik siyasəti bu çoxşaxəli təhdidlərə qarşı kompleks yanaşmanı nəzərdə tutur. Hibrid təhdidlərə qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Milli Məclisdə keçirilən dinləmələr də göstərdi ki, bu prinsiplərə əsaslanan yanaşma ölkəmizin möhkəm təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir.
– İnformasiya təxribatlarına qarşı ölkəmizin mövcud imkanları necə qiymətləndirilir?
– Azərbaycan informasiya təhlükəsizliyi sahəsində həm texnoloji imkanlara, həm də institusional mexanizmlərə malikdir. Dövlətin dəstəyi ilə media savadlılığı artırılır, strateji kommunikasiya sistemləri təkmilləşdirilir. Kütləvi informasiya vasitələri, xüsusilə də sosial media platformaları üzərində nəzarət və koordinasiya gücləndirilir. Eyni zamanda, informasiya müharibəsinə qarşı milli müqavimət qabiliyyətinin yüksəldilməsi məqsədilə əhalinin maarifləndirilməsi aparılır. Bu yanaşma ölkənin informasiya müstəvisində də təhlükəsizliyini təmin etməyə imkan verir.
– Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əsas çağırışları nələrdir?
– Ən mühüm çağırış Ermənistanla sülh müqaviləsinin reallaşmasıdır. Təəssüf ki, Ermənistan tərəfi hələ də bu istiqamətdə qeyri-konstruktiv mövqe sərgiləyir. Avropa müşahidəçilərinin sərhəd bölgəsində yerləşdirilməsi və onların bəzi hallarda birtərəfli yanaşmaları regional sabitliyi pozmağa yönəlib. Bu səbəbdən, milli-mənəvi dəyərlərin qorunması, ictimai birlik və müdafiə sisteminin daha da gücləndirilməsi vacibdir. Azərbaycanın təhlükəsizlik strategiyası məhz bu kompleks amilləri nəzərə almaqla formalaşdırılır.
– Dezinformasiyaya qarşı mübarizədə hansı strategiyalar tətbiq olunur?
– Dezinformasiya müasir dövrdə təhlükəsizliyə yönəlmiş əsas təhdidlərdən biridir. Bu səbəbdən, faktların yoxlanması mexanizmlərinin təkmilləşdirilməsi, dövlət-ictimai əməkdaşlığın gücləndirilməsi və beynəlxalq tərəfdaşlarla koordinasiyalı fəaliyyət ön plandadır. Hüquqi tənzimləmələr, məhkəmə sisteminin bu sahədə fəal iştirakı və müvafiq informasiya kampaniyalarının aparılması ölkəmizin bu istiqamətdəki effektiv mübarizə mexanizmlərindəndir.
– Korrupsiya ilə mübarizə sahəsində hansı qanunvericilik dəyişiklikləri nəzərdə tutulur?
– Son illər korrupsiya ilə mübarizədə ciddi qanunvericilik islahatları həyata keçirilir. Şəffaflığın artırılması, elektron idarəçiliyin genişləndirilməsi və nəzarət mexanizmlərinin sərtləşdirilməsi bu dəyişikliklərin əsas tərkib hissəsidir. Korrupsiya faktlarının aşkara çıxarılması üçün stimullaşdırıcı tədbirlər görülür, ictimaiyyətin məlumatlandırılması gücləndirilir. Milli Məclisdə korrupsiya ilə mübarizə haqqında qanuna edilən əlavələr də bu istiqamətdə mühüm addımdır.
– Dövlət qurumlarında korrupsiya risklərinin azaldılması üçün hansı tədbirlər vacib hesab olunur?
– Korrupsiyaya qarşı mübarizə təkcə dövlət orqanları ilə məhdudlaşmamalı, cəmiyyətin bütün sahələrini əhatə etməlidir. Texnoloji nəzarət sistemlərinin tətbiqi, etik davranış kodekslərinin işlək hala gətirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması əsas tədbirlərdəndir. Bununla yanaşı, ictimai nəzarət və vətəndaş maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hər bir vətəndaş anlamalıdır ki, korrupsiyaya qarşı mübarizə – dövlətimizin, bayrağımızın və Ali Baş Komandanımızın ətrafında birliyimizi qorumaq üçün zəruri olan mənəvi borcdur.
– Arzu müəllim, ayırdığınız zaman üçün sizə təşəkkür edirəm.
– Mən təşəkkür edirəm.
Qeyd edək ki,Oxu24.com bundan öncə Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə müsahibəni təqdim etmişdi.
Müsahibəni apardı: Pərvin Şakirqızı
23:59 / 19 İyul 2025
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO
17
23:39 / 19 İyul 2025
İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
83
23:20 / 19 İyul 2025
Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi - Prezidentin cavabı gündəm oldu
81
23:13 / 19 İyul 2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
32
20:28 / 19 İyul 2025
İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq
116
18:19 / 19 İyul 2025
Dənizə belə girmək iflic edə bilər
154
17:53 / 19 İyul 2025
Zauru efirdə operatoru PƏRT ETDİ - VİDEO
138
17:00 / 19 İyul 2025
"Böyük razılaşmalar elan olunacaq"
146
14:11 / 19 İyul 2025
Azərbaycan nefti ucuzlaşdı
266
12:33 / 19 İyul 2025
Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
249
12:20 / 19 İyul 2025
Prezident vacib SƏRƏNCAM imzaladı
311
12:01 / 19 İyul 2025
Rusiya Odessanı vurdu - Ölən var
234
11:35 / 19 İyul 2025
Kanalda qadın meyiti TAPILDI
165
10:00 / 19 İyul 2025
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
168
09:50 / 19 İyul 2025
Bu ölkədə teleqram bloklanacaq
172
09:39 / 19 İyul 2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəldilər
159
09:30 / 19 İyul 2025
Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi
174
09:20 / 19 İyul 2025
Ukraynada daha bir azərbaycanlı həlak oldu
171
09:11 / 19 İyul 2025
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO
162
09:00 / 19 İyul 2025
Güclü yağış Ankarada həyatı iflic etdi - Video
159
00:46 / 19 İyul 2025
Lalə Məmmədovanın evi - VİDEO
395
23:42 / 18 İyul 2025
Antalyada zəlzələ oldu
393
22:35 / 18 İyul 2025
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
349
22:21 / 18 İyul 2025
Qazaxda Ukrayna vətəndaşı çayda batdı
344
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.