Qaynar xətt:

(+99450) 247 90 86

Peyğəmbərimiz və əhli beyti möhürlə namaz qılmayıb?

MARAQLI

1122

09.12.2018, 19:53

\"\" Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə məzhəblər olmayıb, həmçinin şiə məzhəbi. Ümumiyyətlə firqələrə bölünmək qadağandır. Uca Allah buyurur: \"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!\" (Ali İmran, 103). \"(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar\". (Ali İmran, 105). Milli.Az zikr.az-a istinadən bildirir ki, möhürlə namaz qılmağa aid Quranda və səhih mənbələrdə heç bir dəlil yoxdur. Namazı və digər əməllərimizi Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kimi etməliyik. Uca Allah buyurur: \"(Ya Rəsulum!) De: \"Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!\" (Ali İmran, 31).