Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
572
az

Azərbaycan qadınlarının dəbi Tibilisidə nümayiş olunacaq

14:1013 Aprel, 2018
1032
MARAQLI
  • A
 Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, İnisiativ Kuratorlar (ICU) ilə birlikdə Tibilisidə fotoqraf Rüstəm Hüseynovun fotoportretlərindən ibarət ənənəvi qadın geyimlərinə həsr olunmuş "Zaman  içində defile: Azərbaycanda qadın dəbi meyarları" sərgisi keçirir.

“Oxu24.com” xəbər verir ki, layihənin açılış tədbiri 20 aprel tarixində M. F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçiriləcək. 20- 26 aprel 2018-ci il tarixlərində keçiriləcək sərginin konsepsiyası Azərbaycanda qadın dəbinin zaman içindən keçərək inkişaf edib müasir kontekstdə öz əksini tapma prosesini tarixi azərbaycan geyimlərinin ən maraqlı parçalarını müasir vasitələrlə günümüzdə nümayiş etdirməyə yönəlib.  

Kurator   Könül   Rəfiyeva  bildirib ki, Azərbaycan qadının ənənəvi   geyimi  əsrlər   boyu  xalqın   özünəməxsus   mədəniyyətinin   güzgüsü olub.

Öz işlərində fotoqraf yaş və sosial fərqləri göstərən Azərbaycan qadınlarının ənənəvi baş geyimlərinin təsvirinə xüsusi diqqət yetirib. Azərbaycan qadınları evdən çıxarkən istənilən geyim və baş örtüyünün üstündən pambıq və ipək saya yaxud naxışlı parçadan olan çarşab örtürdülər. Bu üst geyimin hissəsi bir rəngli atlas, dama-dama və ya rəngli ipək ola bilərdi.

"Zaman   içində defile: Azərbaycanda qadın dəbi meyarları" çərçivəsində dizayner N.  Əliyevanın     gündəlik   geyim   tərzində   etno   stilə   yenidən   artmaqda   olan   maraq kontekstində   ənənəvi   qadın   geyimlərinin   müxtəlifliyini   vizuallaşdıran   «Neo   Classic   Love» kolleksiyasının   nümayişi   keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Çayın dəmlənilmə və içilmə qaydası
Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü