Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3494
17.01.2021, 23:55
Şüuraltı dünyamızın bir cür oyunu olaraq qəbul edilən yuxuların sirri hələ də tam izah olunmayıb. Lakin bəzi yuxular var ki, onları, demək olar, hamı görür. Həmin yuxuları və mənalarını təqdim edirik.
Yüksək yerdən düşmək
Mütəxəssislər bu vəziyyəti şüuraltımızın həyəcan siqnalı olaraq şərh edir. Ümumiyyətlə, iş yerində, şəxsi həyatında və s. çətinlik yaşayanlar bu yuxu ilə tez-tez rastlaşırlar.
Dişlərin tökülməsi
Bu mövzudakı şərhlər birmənalı deyil. Belə ki, bəzi mütəxəssislər dişi güc və etibar simvolu olaraq qəbul edirlər və bu yuxunu görənlərin güc və etibar itkisi ilə üzləşəcəyini qeyd edirlər. Digər mütəxəssislər bu yuxunun bir münasibətin bitəcəyinə işarə etdiyi fikrindədilər.
İctimai yerdə lüt qalmaq
Yuxu ilə bağlı ortaq şərh həmin insanın həssas və narahat bir dövrdən keçməsidir. Yeni başlanğıclar səbəbilə duyulan narahatlıq və stress də buna daxildir. Bu yuxuları görənlərin daha çox yeni işə başlayanlar olması da bu versiyanı sübut edir.
İmtahana girmək
Hər şeyin mükəmməl olmağını istəyənlər bu tip yuxular görməyə meyillidirlər. Xüsusilə də, özünü hər an təzyiq altında hiss edən insanlar tez-tez yuxuda imtahana girdiklərini və heç nə bilmədiklərini görürlər ki bu da işdəki stressə bağlı olaraq yozulur.
Sürdüyü maşını idarə edə bilməmək
Bəzi mütəxəssislərə görə bu yuxunun insanların həyatından silmək istədiyi hər hansı bir münasibətə işə, kariyera planına və ya tamailə keçmişə işarə etdiyini vurğulayır. Bu yuxunu müsbətə yozan mütəxəssislər də var. Onlar düşünür ki, yuxuda öldüyünü görmək yeni başlanğıclar və cəhdlər üçün addım atmaq kimi yozula bilər.
Məşhur biri ilə tanış olmaq
Bu yuxu belə yozulur ki, həmin adam yuxuda gördüyü məşhurun qabiliyyətlərinə dəyər verir. Bununla yanaşı, həmin insanın başqaları tərəfindən tanınma və sevilmə ehtiyacı olduğuna da işarə edir.
Təqib edilmək
Mütəxəssislərə görə daha çox qadınların gördüyü bu yuxu insanın uzun müddətdir narahat olduğu problemlə artıq üzləşməyə cəsarət tapması kimi yozula bilər.
Yubanmaq
Yuxu görənin çiyinlərində həddindən artıq yük olduğunu, həmin insanın çox çalışdığını və yorulduğunu göstərir. Bu yuxunu bir xəbərdarlıq olaraq qəbul etsək, bizə vermək istədiyi mesaj odur ki, tuta bilməyəcəyimiz sözləri verməməliyik.
Uçmaq
İnsanın həyatı olduğu kimi qəbul etməli olduğuna işarə edir. Bununla yanaşı, həmin şəxsin idarə edə bilməyəcəyi vəziyyətlərlə qarşılaşma ehtimallarının olacağını da vurğulayır.
İdarədən çıxmış avtomobili sürmək
Yuxu görənin hər hansı bir sahədə sözünü keçirə bilməməsi kimi şərh olunur. Həmçiniun, bəzi zərərli vərdişlərin səbəb olduğu problemlərlə üzləşmə ehtimalına da eyham vurur
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.