Alimlər son 100 ilin ən böyük zəlzələlərindən öncə yaşanan qeyri-adi hadisələri müqayisə edib.
Araşdırma zamanı Türkiyədə Marmara zəlzələsi öncəsi yaşanan 773 hadisə ilə Yaponiyada Kobe zəlzələsi öncəsi yaşanan 1711 qeyri-adi hadisə müqayisə edilib. Nəticədə, zəlzələdən öncə insan və heyvan davranışlarındakı oxşar məqamlar üzə çıxıb.
Bu yazıda zəlzələdən öncə insan və heyvan davranışlarında hansı proseslərin getdiyi barədə məlumat alacaqsınız.
İnsan: Zəlzələdən öncə insanda iştahsızlıq, mədə ağrıları, qaytarma, burun qanaması, baş gicəllənməsi, əsəb pozğunluğu, qan tazyiqinin yüksəlməsi, ürək problemləri və əsnəmə kimi hallar müşahidə edilir.
İt: Zəlzələdən öncə itlər yüksək səslə ulayır, hürərək sahibini evdən kənara çıxarmaq istəyir, qidadan imtina edir, torpağı qazır, göyə baxır, sahibini dişləyir, yaxud yoxa çıxırlar.
Pişik: Zəlzələdən öncə pişiklər evdən gedir, narahat olur, ağlamağa başlayır, balasını evdən kənara çıxarır, dırmaşmaq istəyir, qarnı üstündə yerdə sürünür, sahibinin qucağından düşmək istəmir, sahibini dişləyir, qidadan imtina edirlər.
İnək: Zəlzələdən öncə inəklər sıra ilə düzülür, otlaqdan geri qayıtmaq istəmir, südünü sağan adama hücum edir, sahiblərinə daha yaxın olmaq istəyirlər.
Xoruz: Zəlzələdən öncə xoruz vaxtsız banlamağa başlayır, dayandığı yerdən yuxarıya doğru tullanır, yerdə çırpınırlar.
Zəlzələdən öncə digər heyvanarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Məsələn, dəniz dibindəki xərçənglər su üzünə çıxır, kərtənkələlər evlərə hücum edir, ilanlar torpaq altından çıxır, qurbağalar isə quru yerlərdə toplaşırlar.
Zəlzələdən öncə atmosferdə də qeyri-adi hadisələr baş verir. Belə ki, zəlzələdən bir neçə saat öncə qara, boz rəngdə duman görünür. Zəlzələdən öncə göydə mavi və qırmızı rəngdə işıqlar yaranır. Buludlar sıra ilə düzülür. Ay sonmüş, yaxud qırmızı rəngdə olur.
Qeyd edək ki, elm dünyasının bugünkü imkanları ilə zəlzələni öncədən təyin etmək mümkünsüzdür.
Azərbaycanda 9 ballıq zəlzələ ola bilər - Bu ərazilərdə... – OXUMAQ ÜÇÜN TIKLAYIN! Oxu24.com
ŞƏRHLƏR