Əgər qadın ərini qəbul etmək bacarığına malikdirsə, onda kişi alicənab olur və onun ətrafında qoruyucu enerji şarı əmələ gəlir. Emosional tarazlıq, karyera artımı kimi uğurlar onu hər addımda izləyir.
Ailədə maliyyə məsələlərinə görə cavabdehlik kişinin üzərinə düşür. Kişilik ailəsinin rifahını yaxşılaşdırmaq bacarığı ilə özünü göstərir. Lakin o, qadın sevgisinin axınını hiss etmirsə, pul qazanmaq yolları bağlanmağa başlayır. Kişinin onu sevən qadına həmişə ehtiyacı var: öyrətməsin, tərbiyə etməsin, sadəcə olduğu kimi qəbul etsin.
Qadınlığın açarı hadisələri qəbul etməyi bacarmaqdır. Qadın onun qərarlarını, reaksiyaları və bütünlüklə varlığını qəbul etməyi öyrənməlidir.
Bir qadının öz ərini mühakimə etmədən qəbul etməsi kişinin bütün gücünü qadınlara yönləndirmək qabiliyyətini inkişaf etdirir. Qadının sevgisi kişini qəbul etməkdən ibarətdir. Sevgisi ilə emosional enerjini yaxalamaq bacarığı qadını xeyirxahlar sırasına daxil edir. Əgər qadın bu enerjiyə sahibdirsə, onda kişi səxavətli olur və onun ətrafında qoruyucu bir enerji şarı meydana gəlir: karyera artımı, həyat uğuru, emosional balans. Qadın zərifliyi, itaəti, hörmət və dözüm enerjisi kişiyə mənəviyyatla yaşamağı öyrədir. Bu zaman onun ətrafında qoruyucu şar və güc yaranır. Bu güc kişini müvəffəqiyyətə istiqamətləndirir.
Bu gün müasir qadınların çoxu özündə həddən artıq çox kişi enerjisi daşıyır. Onlar ürəkdən sevmək və hisslər barədə unudublar. Sevgi ağıl və məntiqə əsaslanmağa başlayıb. Qızlar ərlərini ürəklə deyil, məntiqlə seçməyə çalışırlar: o, yaxşı qazanır, öz mülkiyyəti var, yaxşı ata olacaq və s. belə arqumentlər tapırlar.
Qadınlar da nəslin davamı üçün lazım olan enerji dəyişikliyə məruz qalıb. Məsələn, qadın oğlunun həddən artıq qayğısına qalaraq onun kişi keyfiyyətlərini göstərməsinə mane olur. Yaxud da qadın ərinə həyat yoldaşı yox, ana qayğısı göstərməyə başlayır. Bütün bunlar kişinin və qadının arasında enerji mübadiləsinə təsir göstərir… Məhz buradan da cütlük arasında böyük miqdarda fikir ayrılığı yaranır.
Qadınlığın əsas təzahürü kişini bütün hallarda qəbul etmək bacarığıdır. Bu, onun qarşısında özünü alçaltmaq deyil. Bu, onu həyat gücü və sözsüz sevgi ilə bürüyə bilmək bacarığıdır. Kişi də öz növbəsindən bundan güc alaraq qadına sahib olduqlarının daha çoxunu və daha çox sevinc bəxş etməyə başlayacaq.
Oxu24.com
ŞƏRHLƏR