Bir kilo polad ağırdır, yoxsa bir kilo quş lələyi? - Elmi cavab təəccübləndirir
24 Oktyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
960
11.04.2020, 11:59
İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlar barədə danışıb.
Oxu24.com xəbər verir ki, E. Camalov REAL TV-yə bildirib ki, bura sənaye sektoru üzrə istehsal da aiddir: "İstehsal dedikdə ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna edilir. Çünki pandemiyanın təsir dairəsində onlara təlabat elə də aşağı düşmür. Digər istiqamət ticarət və ictimai iaşə sektorudur. Bura tur operatorlarımız, mehmanxana və otel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, ticarət və topdansatış obyektləri (ərzaq və dərman vasitələri istisna olunmaqla) eyni zamanda sərnişindaşıma və taksi fəaliyyəti də daxildir.
Dövlətin çağırışlarına cavab verən sahibkarlar bundan yararlana biləcək. İşçilərin sayında ixtisar olubsa, bu, imtinaya səbəb ola bilər. Həmçinin, riskli vergi ödəyiciləri ilə əməliyyatlar müəyyən olunarsa bu hallarda sistemdən imtina cavabı gələcək. Aprelin 8-dən sistem təminatı işə düşüb. Artıq müraciət edən hüquqi və fiziki şəxslərimiz var. Daxil edildiyi gün məlumatlar yoxlanılır. Təsdiqini tapdığı halda Maliyyə Nazirliyində tranzit hesab vasitəsilə sahibkarın göstərdiyi aktiv bank hesabına qısa müddət ərzində köçürülür”.
E. Camalov muzdlu işçilərin əməkhaqqının ödənilməsini meyarına da toxunub:
"Müəyyən olundu ki, ölkədə orta aylıq əməkhaqqı 712 manat olub. Burada yuxarı hədd 712 manatdır. 712 manatdan aşağı olan əməkhaqqılar üzrə əməkhaqqı real əməkhaqqı səviyyəsində müəyyən olunacaq. Yəni işçinin 500 manat əməkhaqqısı varsa, ona 500 manat əməkhaqqı veriləcək. Bu əməkhaqqı da iki hissədə aprel və may ayları üçün veriləcək. Yəni 250+250 şəklində. Əməkhaqqının 50 faizini dövlət dəstəkləmiş olacaq. Digəri isə sahibkarlıq subyektinin öz üzərində qalmış olacaq. 712 manatdan yuxarı əməkhaqqı alanlara isə dövlət yenə 712 manat verəcək”.
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.