2019-cu ilin dekabrın 31-i Ukraynın paytaxtı Kiyevdə yatıb, yuxudan oyanmayan azərbaycanlı gənc Cavidan Abdullayev dəfn edilib.
Oxu24.com -un axşam.az-a istinadən verdiyi məlumatına görə, aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı olan Cavidanın yanında aparıcı Seyran Əliyevanın da olduğu ortaya çıxıb.
Bu barədə aparıcı özü məlumat verib:
“Söz tapıb yaza bilmirəm. Son üç gündür yuxu yatmırıq. Sənə bu ölüm heç yaraşmır. Sən Allahın nə qədər sevimli bəndəsisən ki, ölümün belə gözəldir. O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim. Həyatımda sənin qədər abırlı, tərbiyəli, namuslu oğul hələ görməmişdim. İgid oğul, Allah sənə rəhmət etsin. Mələk qəlblimiz, ölüm haqqdır, amma sənə heç yaraşmadı”.
Qeyd edək ki, həmin gecə P.Abıyeva, S.Hüseynova, S.Əliyeva və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Kiyevdə yerləşən “CHI club Kiev”də keçiriblər. Cavidan isə bayram gecəsi vəfat edib. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.
Oxu24.com
ŞƏRHLƏR