Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21821
az

Müştəridən gizlədilən istehsal və son istifadə tarixi - Market fırıldağı

19:3001 Yanvar, 2020
784
MARAQLI
  • A

"Kingsmart"dan alınan məhsula fərqli paketlənmə tarixi qoyulub.

Bu barədə həmin marketin Lökbatan filialından alış-veriş edən vətəndaş Oxu24.com -un redaksiyasına şikayət məktubu ünvanlayıb. Şikayətçi, marketdən aldığı “Bismak" vafliyə iki ədəd paketlənmə tarixi vurulduğunu qeyd edib. Belə ki, o, məhsulun üstündə olan tarix kağızının altında daha bir tarix kağızı olduğunu görüb. Altda yapışdırılan kağızda məhsulun paketlənmə tarixi 05.10.2019 göstərildiyi halda, üstdəki etiketdə bu müddət 05.12.2019 olaraq göstərilib.

Məsələ ilə bağlı “KINGSMART” Lökbatan filialının müdiri Rəşad Kərimov Lent.az -a münasibət bildirib. Filial müdiri qeyd olunan tarixin istehsal yox, paketlənmə tarixi olduğunu qeyd edib:

“Müştərinin aldığı məhsul çəki ilə satılır. Həmin vaflilər 500 qram çəki ilə yığılaraq qablaşdırılıb. Üzərində olan tarix isə məhsulun istehsal yox, paketlənmə tarixidir. Paketlənmə tarixi kassada etiketin oxunması məqsədilə dəyişdirilib. Ola bilər ki, altda qalan etiket korlanıb və kassada oxunmayıb. Buna görə də onun yenilənməsinə ehtiyac duyulub. Məhsulun son istifadə müddəti həmin tarixdən etibarən 6 ay təşkil edir. Marketimizdə ümumiyyətlə vaxtı ötmüş mallar satılmır”.

Göründüyü kimi, filial müdiri qeyd olunan məhsulun son istifadə müddətinə hələ 6 ay qaldığını bildirir. Beləliklə, onun sözlərindən görünən odur ki, paketlənmə tarixinin dəyişdirilməsi ilə həm də son istifadə tarixi də dəyişdirilib. Yəni, reallığa əsasən, artıq aprelin sonlarında vaxtı keçən vafliləri insanlar aldanaraq almalı olacaqdı.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a danışıb. Sədr market tərəfindən edilən bu hərəkətin Nazirlər Kabinetinin qərarını pozduğunu bildirib:

“Sözügedən fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı qərarının kobud şəkildə pozulması deməkdir. Qərarda göstərilir ki, məhsul qablaşdırılarkən üzərində istehsal və son istifadə tarixi qeyd olunmalıdır. Burada isə son istifadə tarixi göstərilməyib. Bu azmış kimi məhsulun paketlənmə tarixi də dəyişdirilib. Qeyd olunan problemin tez-tez şahidi oluruq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Liftdə qalan 2 nəfər xilas edildi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm olmayıb”- Rusiya İstintaq Komitəsi