Bakıda 9 min mobil telefondan ibarət unikal kolleksiya yaradılıb.
25 Noyabr 2026, 19:24
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
455
04.09.2026, 19:55
Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Şagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin övladlarını şəxsi avtomobillərlə təhsil müəssisələrinə aparması paytaxt yollarına əlavə yük yaradacaq. Artıq yeni dərs ili başlamamış şəhərin bir sıra küçə və prospektlərində ciddi sıxlıq müşahidə olunur.
Bəs sentyabrın 15-də Bakıda nəqliyyatın iflic vəziyyətinə düşməməsi üçün hansı tədbirlər görülməlidir? Valideynlər şəxsi avtomobillərdən imtina etməlidirlərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı daha da arta bilər.
Sürücülərin NƏZƏRİNƏ: İşıqforlar bu cür işləyə bilər…
Ekspertin sözlərinə görə, sıxlığın qarşısını almaq üçün ilk növbədə ictimai nəqliyyatdan, xüsusilə avtobuslardan daha geniş istifadə olunmalıdır:
“Bunun qarşısını almaq üçün mümkün qədər ictimai nəqliyyatdan, xüsusilə avtobuslardan istifadə etmək lazımdır. İnsanlar imkan daxilində məktəbləri evlərinə yaxın seçsinlər. Eyni zamanda iş yeri, məktəb və yaşayış yeri bir-birinə yaxın olmalıdır. İnsan hər gün şəhərin bir başından digər başına getməyə məcbur qalırsa, bu, təbii olaraq yollardakı yükü artırır”.
Yasin Mustafayevin fikrincə, şəxsi avtomobillərdən istifadənin azalması da nəqliyyat sıxlığının qarşısının alınmasında mühüm rol oynaya bilər. Xüsusilə valideynlərin övladlarını məktəbə aparıb-gətirərkən alternativ nəqliyyat vasitələrinə üstünlük verməsi paytaxt yollarında avtomobil sayının azalmasına kömək edə bilər.
Beləliklə, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının kritik həddə çatmaması üçün həm aidiyyəti qurumların qabaqlayıcı tədbirlər görməsi, həm də vətəndaşların mümkün qədər ictimai nəqliyyatdan istifadə etməsi vacibdir.
20:01 / 25 Noyabr 2026
17
19:57 / 25 Noyabr 2026
32
19:49 / 25 Noyabr 2026
48
19:41 / 25 Noyabr 2026
54
19:40 / 25 Noyabr 2026
66
19:24 / 25 Noyabr 2026
130
19:21 / 25 Noyabr 2026
61
19:06 / 25 Noyabr 2026
74
18:57 / 25 Noyabr 2026
880
18:54 / 25 Noyabr 2026
83
18:54 / 25 Noyabr 2026
71
18:48 / 25 Noyabr 2026
86
18:47 / 25 Noyabr 2026
133
18:39 / 25 Noyabr 2026
103
18:30 / 25 Noyabr 2026
96
18:28 / 25 Noyabr 2026
109
18:17 / 25 Noyabr 2026
123
18:13 / 25 Noyabr 2026
678
18:11 / 25 Noyabr 2026
141
18:02 / 25 Noyabr 2026
204
18:00 / 25 Noyabr 2026
111
17:49 / 25 Noyabr 2026
190
17:35 / 25 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.