Qaynar xətt:

(+99450) 247 90 86

İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır

İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır

SİYASƏT

94

20.10.2026, 22:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ tərəfi İranla danışıqlardan əvvəl Tehrana qarşı təzyiq, təhdid və sanksiyaları aradan qaldırmalıdır.

Oxu24.com  xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.

"Xalqımız bu gün Amerikaya etibar etmir və hesab edir ki, əgər danışıqlar aparsaq, yenidən bizə hücum edəcəklər", - o deyib. Pezeşkianın sözlərinə görə, Vaşinqton İran sakinləri arasında qeyri-sabitlik yaratmaq üçün informasiya savaşı aparır.

Pezeşkian bildirib ki, İran heç bir dövlətə hücum etməsə də, hərbi aqressiya qarşısında təslim oplmayacaq: "Müharibə bütün bölgə üçün dağıntı və zərərə səbəb olacaq".