Türkiyədən Azərbaycanla bağlı RƏSMİ PAYLAŞIM: Bu,xəbər...
20 Oktyabr 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
244
20.10.2026, 19:39
Azərbaycanda vahid məktəbli formasının tətbiq edilməsi ətrafında yaranan müzakirələrə xüsusilə İran və Türkiyədən gələn reaksiyalar diqqət çəkir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də məsələyə münasibət bildirib. İsmail Bəqai məsələnin Azərbaycanın daxili imkanları və ictimai dialoq vasitəsilə həllinə üstünlük verən açıqlama ilə çıxış edib.
İrandan dözümlü yanaşma
İran rəsmisi Tehranla Bakı arasında uzunmüddətli dostluq və qardaşlıq münasibətlərini xatırladaraq, mövcud məsələlərin qarşılıqlı anlaşma, dini dəyərlərə və vətəndaşların fundamental hüquqlarına hörmət əsasında həll olunacağına ümid etdiyini vurğulayıb.
Bəqai qeyd edib ki, Azərbaycanda xalqın hakimiyyətlə qarşılıqlı əlaqədə bu məsələni anlaşma şəraitində həll etməli olduğunu düşünürlər.
İran XİN sözçüsü Türkiyədən fərqli olaraq ölkəsinin bu məsələyə daha dözümlü münasibətini ortaya qoymuş oldu. Bəqainin açıqlamasından çıxan nəticə budur ki, İran baş verənləri bir növ Azərbaycanın daxili işi sayır.
Türkiyədən isə İrandan fərqli olaraq bu məsələdə ilə bağlı ultimatumlar səslənir ki, uşaqları məktəbə hicabla buraxmamaq qərarı qəbuledilməzdir və Azərbaycan bu səhv addımdan çəkinməlidir.
Əslində, Bəqainin açıqlaması ilə bizim Türkiyədən gözlədiyimiz yanaşmanın İrandan gəldiyini söyləmək olar. İran İslam dövləti ola-ola bu məsələnin - vahid məktəbli geyiminin dinə qarşı olmadığını faktiki olaraq təsdiqləyir, Türkiyədə isə təəssüf ki, bu mövzudan manipulyasiya və siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini görürük.
Hicab mövzusunda Azərbaycana informasiya hücumlarının 64 faizi Türkiyə, 11 faizi İranın payına düşür
Təəssüf doğuran digər məqam isə informasiya məkanında formalaşan mənzərədir.
APA-nın apardığı monitorinqin nəticələrinə görə, hicab mövzusu üzərindən Azərbaycana qarşı informasiya hücumlarının 64 faizə qədəri Türkiyə, cəmi 11 faizi İran mənbələrinin payına düşür. Bu rəqəmlər arasında fərq bir çox mətləblərdən xəbər verir, bir çox reallıqları üzə çıxarır.
Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik Türkiyənin müəyyən media və ictimai-siyasi dairələrində mövzunun daha sərt ritorika ilə təqdim olunması müşahidə edilir. Ayrı-ayrı platformalarda məktəbli forması ilə bağlı qaydaların bütövlükdə dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsi ilə manipulyasiya aparılır.
Məsələnin ən ciddi tərəfi Türkiyədəki bəzi dairələrin Azərbaycanın daxili hüquqi tənzimləməsini dini qarşıdurma kimi təqdim etməyə çalışmasıdır. Belə yanaşma mövzunun mahiyyətini dəyişdirərək təhsil müəssisələrində nizam-intizam məsələsini siyasi mübahisə predmetinə çevirir.
Halbuki Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ümumtəhsil müəssisələrində vahid geyim qaydalarını tənzimləyir. Qərarda konkret dini icmanın hədəfə alınmasından deyil, məktəbli formasının vahidliyinin və dünyəvi təhsil prinsipinin qorunmasından söhbət gedir. APA-nın yayımladığı əvvəlki təhlilində vurğulandığı kimi, məktəb ideoloji qarşıdurma meydanı deyil, təhsil və tərbiyə məkanıdır.
Türkiyənin müəyyən dairələrində müşahidə olunan manipulyativ yanaşmalar qardaşlığa sığmır
Buna baxmayaraq, Türkiyənin müəyyən informasiya resurslarında məsələnin hüquqi mahiyyəti arxa plana keçirilir, dini emosiyalar üzərindən Azərbaycana qarşı mənfi ictimai rəy formalaşdırılmasına çalışılır. Bu cür təqdimatların əsas problemi faktların kontekstdən çıxarılması və məktəbli geyiminə dair qaydaların bütövlükdə İslam dəyərlərinə qarşı addım kimi qələmə verilməsidir.
Burada ciddi ziddiyyət ortaya çıxır. Azərbaycanla qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin daim önə çəkildiyi Türkiyənin informasiya məkanında ölkəmizin daxili qərarlarının siyasi təzyiq mövzusuna çevrilməsi həmin münasibətlərin ruhuna uyğun görünmür. Xüsusilə uşaqların və məktəblərin həssas dini mübahisələrin mərkəzinə gətirilməsi məsuliyyətli ictimai mövqe hesab edilə bilməz.
Üstəlik, APA-nın monitorinqində göstərilən 64 faizlik pay belə kampaniyaların miqyasına dair ciddi suallar yaradır. Bu rəqəm Türkiyədə media və siyasi çevrələrin Azərbaycana münasibətdə nümayiş etdirdiyi informasiya fəallığını diqqət mərkəzinə gətirir.
Müqayisə üçün, dini məsələlərdə daha sərt ritorikanın gözlənildiyi İranın rəsmi nümayəndəsi Azərbaycan xalqının öz problemlərini həll etmək qabiliyyətini vurğulayır. Türkiyənin bəzi dairələrində isə həmin məsələ Azərbaycanın daxili ictimai dialoqundan çıxarılaraq regional mübahisə mövzusuna çevrilir.
Bu mənzərə göstərir ki, qardaşlıq münasibətləri yalnız siyasi bəyanatlarla deyil, qarşı tərəfin suveren qərarlarına və hüquqi sisteminə münasibətlə də ölçülür. Dini etiqad azadlığı, dünyəvi təhsil prinsipləri və məktəbli forması ilə bağlı məsələlər Azərbaycanın daxilində hüquqi və ictimai müzakirələrin predmeti ola bilər. Bu məsələlərdən xarici informasiya kampaniyalarında Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi ölkənin daxili işlərinə müdaxilə cəhdidir. Konkret bu halda Türkiyədən ayrı-ayrı şəxslərin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin şahidi oluruq.
Türkiyənin müəyyən dairələrində müşahidə olunan manipulyativ yanaşmalar qardaşlıq münasibətləri ilə ziddiyyət təşkil edir. Azərbaycanın daxili məsələlərinin həlli dini emosiyaların xaricdən siyasi məqsədlərlə istiqamətləndirilməsi deyil, ölkənin qanunları, dünyəvi dövlət prinsipləri və vətəndaşların hüquqları əsasında həyata keçirilməlidir.
20:17 / 20 Oktyabr 2026
27
20:12 / 20 Oktyabr 2026
40
20:01 / 20 Oktyabr 2026
219
20:00 / 20 Oktyabr 2026
54
19:54 / 20 Oktyabr 2026
52
19:48 / 20 Oktyabr 2026
58
19:41 / 20 Oktyabr 2026
87
19:28 / 20 Oktyabr 2026
64
19:17 / 20 Oktyabr 2026
73
19:05 / 20 Oktyabr 2026
65
18:56 / 20 Oktyabr 2026
82
18:46 / 20 Oktyabr 2026
66
18:34 / 20 Oktyabr 2026
63
18:26 / 20 Oktyabr 2026
73
18:20 / 20 Oktyabr 2026
77
18:14 / 20 Oktyabr 2026
82
18:01 / 20 Oktyabr 2026
97
17:50 / 20 Oktyabr 2026
123
17:20 / 20 Oktyabr 2026
102
17:10 / 20 Oktyabr 2026
93
16:59 / 20 Oktyabr 2026
94
16:57 / 20 Oktyabr 2026
1152
16:50 / 20 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.