Bakıda əsrlərdir yanan alovlar – Yanardağ fenomeni
24 Aprel 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
643
17.03.2026, 14:02
Bugün od həyatımızın ayrılmaz bir hissəsidir. Yeməklərimizi bişiririk, qışda isinirik, hətta bir çox sənaye işləri də od və istilik vasitəsilə həyata keçirilir. Amma çox qədim zamanlarda insanlar odu nə tanıyırdı, nə də onu yaratmağı bacarırdı.
Bəs,od necə yaranıb?
Oxu24.com xəbər verir ki, ilk od mənbəyi təbiət hadisələri nəticəsində yaranıb. Məsələn, güclü ildırım quru ağaclara və ya otlara düşəndə böyük yanğınlar baş verirdi. Bu zaman alov yaranır və ətrafdakı bitkilər yanmağa başlayırdı. Bəzənsə, vulkanların püskürməsi nəticəsində çıxan çox isti lava ətrafdakı bitkilər yandıraraq alov əmələ gətirirdi. Beləliklə, ilk od insan tərəfindən deyil, təbiət tərəfindən meydana gəlmişdi.
Qədim insanlar bu alovu görəndə əvvəlcə çox qorxurdular. Çünki alov güclüydü və hər şeyi yandıra bilirdi. İnsanlar alova yaxınlaşmağa cəsarət etmirdi. Lakin zaman keçdikcə onlar başa düşdülər ki, od yalnız təhlükəli deyil, həm də çox faydalıdır. Məsələn, odun yanında duranda insanlar isinirdi. Bu isə soyuq havalarda yaşamaq üçün çox vacib idi. Bundan başqa, odun işığı qaranlıq gecələrdə ətrafı işıqlandırırdı.
Ən vacib üstünlüklərdən biri isə odun vəhşi heyvanları qorxudub uzaqlaşdırması idi. Qədim insanlar başa düşdülər ki, odu qorumaq lazımdı. Ona görə də yangından qalan alovu söndürməməyə çalışırdılar. Odu saxlamaq üçün quru ağac budaqları, yarpaqlar və otlar gətirib alova əlavə edirdilər. Bəzən insanlar odu günlərlə və hətta aylarla qoruyub saxlayırdı. Çünki o dövrdə odu yenidən yaratmaq mümkün deyildi.
Əgər od sönsəydi, yenidən əldə etmək çox çətin olardı və bəzən insanlar yenidən ildırım yanğını gözləməli olurdu.
Min illər keçdikdən sonra insanlar odu özləri yaratmağın yollarını tapdılar. Ən qədim üsullardan biri iki daşı bir-birinə vurmağı idi. Daşlar toqquşanda kiçik qığılcımlar yaranırdı. Bu qığılcımlar quru otların və yarpaqların üzərinə düşəndə isə alov yaranırdı. Başqa bir üsul isə iki ağac parçasını bir-birinə sürtmək idi.
Uzun müddət sürtünmə nəticəsində istilik yaranırdı və bu istilik quru materialları alışdıraraq od əmələ gətirirdi. Bu üsullar sayəsində insanlar artıq odu özləri yarada bilirdilər və təbiətdə baş verən yangınlara ehtiyac qalmırdı. Odun kəşfi insan tarixində ən böyük və ən vacib dönüş nöqtələrindən biri hesab olunur. İnsanlar artıq yeməklərini bişirə bilirdi. Bişmiş yemək həm daha dadlı olurdu, həm də bədən üçün daha faydalı idi.
Bu isə insanların daha sağlam və güclü olmasına kömək etdi. Od həm də insanların birlikdə yaşamasına səbəb oldu. Gecələr insanlar odun ətrafında toplaşır, bir-biri ilə danışır, hekayələr və təcrübələr paylaşırdılar. Bu isə insanların sosial həyatının inkişafına böyük təsir göstərdi. Bundan əlavə insanlar odun köməyi ilə silahlar hazırlamağa, torpağı işləməyə və sonralar metalları əridərək alətlər düzəltməyə başladılar.
Alimlər hesab edir ki, əgər insanlar odu kəşf etməsəydi, bəlkə də insan sivilizasiyası bu qədər sürətlə inkişaf etməzdi. Məhz buna görə, od insan tarixində ən böyük və ən vacib kəşflərdən biri hesab olunur. Və bu kəşf insanların həyatını tamamilə dəyişdirmişdir.
Həmçinin oxuyun
Hazırladı: Şahbaz
00:46 / 27 Aprel 2026
221
00:06 / 27 Aprel 2026
104
23:47 / 26 Aprel 2026
240
23:30 / 26 Aprel 2026
100
22:41 / 26 Aprel 2026
104
22:04 / 26 Aprel 2026
109
21:41 / 26 Aprel 2026
121
21:19 / 26 Aprel 2026
110
20:31 / 26 Aprel 2026
135
19:47 / 26 Aprel 2026
136
19:09 / 26 Aprel 2026
129
19:05 / 26 Aprel 2026
1185
18:54 / 26 Aprel 2026
1852
18:49 / 26 Aprel 2026
107
18:48 / 26 Aprel 2026
167
18:11 / 26 Aprel 2026
137
17:49 / 26 Aprel 2026
138
17:34 / 26 Aprel 2026
76
17:32 / 26 Aprel 2026
198
17:18 / 26 Aprel 2026
118
17:08 / 26 Aprel 2026
120
16:57 / 26 Aprel 2026
109
16:40 / 26 Aprel 2026
287
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.