Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
2099
02.11.2025, 14:11
ABŞ hökuməti hazırda təxminən 635 milyon kiloqram (1,4 milyard funt) pendiri yerin dərinliklərində yerləşən və "pendir mağaraları" adlanan xüsusi anbarlarda saxlayır. Bu nəhəng ehtiyatlar köhnə əhəngdaşı mədənlərində yerləşdirilib və uzunmüddətli saxlama üçün sabit temperatur şəraiti ilə təmin olunur.
Qaynarinfo xəbər verir ki, "The Farmlink Project" məlumatına görə, ABŞ-da dövlət pendirinin tarixi 1970-ci illərdə süd məhsulları qıtlığı və inflyasiya dövründə başlayıb. Hökumətin süd sənayesinə göstərdiyi maliyyə dəstəyi nəticəsində istehsal artıb və ölkə böyük miqdarda artıq pendirlə üz-üzə qalıb.
.
1980-ci illərin əvvəllərində hökumət artıq 35 ştatda yerləşən 150-dən çox anbarda 227 milyon kiloqramdan çox pendir saxlayırdı.
Antropoloq Bredli N. Cons "Oksford pendir jurnalı"nda o dövrü belə xatırlayır: "Pendir hər yerdə idi, amma onu yeyən yox idi".
Bir hissəsi xeyriyyə təşkilatlarına paylansa da, əhəmiyyətli miqdarı istehlaka yararsız hala düşmüşdü.
Müasir "pendir mağaraları" pendirin keyfiyyətini uzun müddət qorusa da, belə anbarların saxlanması çətin və baha başa gəlir. ABŞ Kənd Təsərrüfatı Nazirliyi hələ də artıq pendir ehtiyatlarını toplamağa davam edir. Bunun əsas səbəbi ölkədə süd məhsullarına tələbatın azalmasıdır.
Süd məhsulları bazarının təhlili üzrə mütəxəssis Lukas Fyuss vəziyyəti belə şərh edib: "Çində "pendirli çay" haqqında yayılan xəbərləri oxudum. Bəlkə biz də bu istiqaməti düşünməliyik"
Hazırda cedder, İsveçrə və amerikan pendiri ehtiyatları bu yeraltı anbarlarda saxlanılır, fermerlər isə bu məhsulları yeni bazarlarda necə dəyərləndirmək barədə yollar axtarırlar.
08:21 / 16 Noyabr 2026
1
08:01 / 16 Noyabr 2026
37
00:08 / 16 Noyabr 2026
174
23:41 / 15 Noyabr 2026
201
23:35 / 15 Noyabr 2026
319
23:32 / 15 Noyabr 2026
156
23:07 / 15 Noyabr 2026
563
22:43 / 15 Noyabr 2026
1492
22:34 / 15 Noyabr 2026
198
22:24 / 15 Noyabr 2026
163
22:05 / 15 Noyabr 2026
1287
21:57 / 15 Noyabr 2026
721
21:37 / 15 Noyabr 2026
1614
21:07 / 15 Noyabr 2026
1603
20:58 / 15 Noyabr 2026
759
20:55 / 15 Noyabr 2026
294
20:44 / 15 Noyabr 2026
483
20:39 / 15 Noyabr 2026
176
20:30 / 15 Noyabr 2026
210
20:09 / 15 Noyabr 2026
665
19:51 / 15 Noyabr 2026
647
19:37 / 15 Noyabr 2026
191
19:17 / 15 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.