Azərbaycanın 25 il həbsə məhkum edilmiş naziri kim olub? - Tarix
04 Dekabr 2025, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
2319
05.10.2025, 12:45
Bakı gözəl memarlığı, möhtəşəmliyi ilə həmişə məşhur olub. Bu gün də turistləri heyran edən binalardan biri də indiki “Səadət sarayı”dır. İndi bir çox cütlüyün xoşbəxtliyinin şahidi olan bu bina, bir zamanlar Bakının tanınmış şəxslərinin malikanəsi olub.
Kimdir o şəxslər?
Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən “Səadət sarayı”, həm də Muxtarovun evi kimi tanınır. Binanın inşası - Bakı milyonçusu Murtuza Muxtarov və onun həyat yoldaşı Yelizavetanın gözəl sevgi hekayəsini yada salır.
Bakının romantik simvoluna çevrilmiş gözəllər gözəli "Səadət Sarayı" tanınmış xeyriyyəçi, mesenat, daima qurub-yaratmağa can atan Murtuza Muxtarovun inşa etdirdiyi memarlıq əsəridir.
Bu nadir memarlıq incisinin özülü əzəldən sevgi üzərində qurulmuşdur. Murtuza Muxtarov Vladiqafqaza iş səfəri zamanı məşhur general Hambi Tuqanovla tanış olur. General Muxtarovu öz evinə dəvət edir. Bu qonaqlıqda Murtuza bəy generalın kübar davranışlı, savadlı, həm də gözəl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur. Onların toyu 7 gün 7 gecə davam edir!
Cütlük Avropaya toy səyahətinə yola düşür. Venesiyada olarkən hər ikisi şəhərin arxitekturasına valeh olurlar. Qədim küçələrin birində yerləşən əzəmətli sarayın yanından keçərkən: "Kaş burada yaşayardıq...", - deyən Liza heyranlığını əri ilə bölüşür. Bu sözlər Murtuza bəyin yaddaşına həkk olunur. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın çertyojlarını əldə edir, sonra isə ən bəyəndiyi memara, polşalı losif Ploşkoya müraciət edir.
Nəticədə, mürəkkəb Fransız qotikası üslubunda olan nəhəng saray cəmi bir il ərzində (1911-1912) inşa edilir. Beləliklə, saray bütün qamətilə o vaxtkı "Persidskaya" küçəsində yüksəlir. Günlərin bir günü Muxtarovlar gəzintiyə çıxaraq, Murtuza bəy sarayı həyat yoldaşına göstərərək: "Bu sənin sarayındır...!" deyir.
Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Lakin, bütün xeyriyyəçi Bakı milyonçularının aqibəti kimi, təbiətcə çox mağrur olan Murtuza bəyin də sonu faciəvi olub.
Həmçinin oxuyun
Bakıda 1920-ci ilin aprel ayında Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir. Milyonçu Murtuza bəy bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini güllələyib öldürür, digər gülləni ise öz alnına vurur...
İmarətin memarlıq tərtibatı da bir o qədər maraqlıdır. “Səadət sarayı”nın tikilməsində İmran Qasımovun zəhmətini xüsusilə qeyd etmək lazımdır. Onun həyat yoldaşı Rübabə xanım da çox kübar bir qadın olub. Müsəlman qadınları çadraya bürünən zaman, Rübabə xanım Avropa dəbi ilə geyinir, şlyapasını straus lələyi ilə bəzəyirdi. Səadət sarayının tikilməsi Qasımovlar ailəsini xoşbəxt etsə də, bu cütlüyün sonu oldu. Sarayın üstündə yerləşən “Orta əsr cəngavər heykəli”ni quraşdıran zaman İmran Qasımovun ayağı sürüşərək yıxılır və 35 yaşında dünyasını dəyişir. 2 həftə sonra isə həyat yoldaşı Rübabə xanım İmransız yaşamağın mənasız olduğunu hiss edərək,canına qəsd edir. Onların bu faciəsi Səadət sarayının tikilməsi və sarayın başındakı heykəlin quraşdırılması ilə bağlıdır.
Səadət Sarayının çox gözəl arxitekturası ilə bərabər, xeyirxah, sevgi dolu aurası da var ki, o, ölümə qalib gəlib. Ancaq sonralar “Səadət sarayı”qadınlar klubuna çevrildi. Çadralı qadınlar azadlıq, hüriyyət çağırışları ilə bura savad öyrənməyə, həyatda nə baş verdiyini eşitməyə gəlirdilər. Geniş işıqlı otaqlarda dərnəklər, qadınları işə cəlb etmək üçün müxtəlif emalatxanalar yaradıldı. İllər keçdi, klub daha da böyüyüb Azərbaycan qadınlarının mərkəzi və mədəniyyət sarayına çevrildi. Nəcib arzunun, böyük məhəbbətin duyğusu ilə ucaldılan bu bina yenə xeyirxah məqsədlər üçün gərək oldu. Qapısına “Səadət Sarayı” löhvəsi asıldı. İndi neçə illərdi ki, burada toy, şadlıq məclisləri keçirilir. Əyninə ağ tüldən toy paltarı geyinmiş nazənin qızlar burada ailə xoşbəxtliyinin təməlinin qoyurlar. Beləliklə, həm sevgi, həm də ölüm bahasına ucaldılan bu “Məhəbbət Məbədi” yaddaşlarda əbədi olaraq əks olunacaqdır.
Zaman ötür, lakin Murtuza bəyin mirası - məhəbbət və sədaqət abidəsi olan "Səadət Sarayı" öz missiyasına davam edir.
12:41 / 05 Dekabr 2025
1
12:36 / 05 Dekabr 2025
12
12:34 / 05 Dekabr 2025
24
12:32 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
20
12:03 / 05 Dekabr 2025
718
11:55 / 05 Dekabr 2025
39
11:48 / 05 Dekabr 2025
50
11:42 / 05 Dekabr 2025
167
11:36 / 05 Dekabr 2025
120
11:33 / 05 Dekabr 2025
126
11:17 / 05 Dekabr 2025
750
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
70
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
242
10:30 / 05 Dekabr 2025
314
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
50
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.